UFC Ağ Evdə möhtəşəm gecə planlaşdırır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hər kəs bu tədbirin bir hissəsi olmaq istəyir. Ağ Ev turniri üçün əla bir siyahı hazırlaya bilərik".
İdman.biz xəər verir ki, bunu UFC prezidenti Dana Uayt Ağ Evdə 2026-cı ildə keçirilməsi planlaşdırılan qarışıq döyüş növləri turniri ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, tədbirin möhtəşəm keçəcəyini vurğulayıb: "Tramp və mən bu döyüşlər üçün nə edə bilərik? Bu, Las-Veqasda etdiklərimizə bənzər, yalnız daha geniş miqyasda xüsusi bir şey olacaq. Bir daha belə bir tədbir olmayacaq".
Qeyd edək ki, iyulun 4-də ABŞ prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunmuş tədbirdə UFC turnirinin Ağ Evin ərazisində keçiriləcəyini bildirib.
İdman.biz

UFC Ağ Evdə möhtəşəm gecə planlaşdırır
16 İyul 2025 14:53
Ağ Evdə UFC döyüşü keçiriləcək
04 İyul 2025 07:22
Donald Tramp: “Ağ Evdə UFC döyüşü keçirilə bilər”
04 İyul 2025 15:56
Dana Uayt 2026 cı ildə Ağ Evdə keçiriləcək UFC turniri haqqında danışdı
16 İyul 2025 13:08
Ağ Evdə yaşamaq istəmir
13 Noyabr 2024 19:49

