UFC çempionu İliya Topuriyanın növbəti rəqibi və döyüş tarixi bəlli olub
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yüngül çəkidə UFC çempionu İliya Topuriya növbəti döyüşündə divizionda altıncı pillədə qərarlaşan britaniyalı Peddi Pimblettlə qarşılaşacaq.
İdman.Biz-in xəbərinə görə, jurnalist Alvaro Kolmenero sosial şəbəkədəki səhifəsində qarşılaşma haqda məlumat verib. Onun sözlərinə görə, idmançılar gələn ilin yanvarında UFC 324-də döyüşəcəklər.
"UFC 324"ün "Paramount+" ilə yeni əməkdaşlıq çərçivəsində promouşenin ilk böyük tədbiri olacağı gözlənilir. Pimblettin idman tədbirinə daha çox azarkeş cəlb etmək üçün seçildiyi güman edilir.
Topuriya 17 döyüşdə 17 qələbə qazanıb. Pimblett isə 26 döyüş keçirib, 23 qələbə və üç məğlubiyyətə imza atıb.
Bu mövzuda digər xəbərlər:İliya Topuriya növbəti dəfə UFC çempionu oldu
29 İyun 2025 10:48
UFC çempionu İliya Topuriya növbəti döyüşünü 2026 cı ilin yazına planlaşdırır
27 Noyabr 2025 11:59
Corcina İliya Topuriyanın qızını İspaniyadan apara bilməz məhkəmə qərar çıxarıb
10 Yanvar 2026 02:00
İliya Topuriyanın həyat yoldaşı məişət zorakılığı işi üzrə vəkil tapa bilmir
19 Dekabr 2025 06:42
Yeni UFC çempionu
17 Avqust 2025 13:12
Baxış sayı:211
Bu xəbər 20 Oktyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















