Icma.az
close
up
RU
UFC Freedom 250 turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

UFC Freedom 250 turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

ABŞ-nin paytaxtı Vaşinqton bu həftəsonu UFC tarixinin ən fərqli və diqqətçəkən tədbirlərindən birinə ev sahibliyi edəcək.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, "UFC Freedom 250" turniri ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin ərazisində təşkil olunacaq. İyunun 14-də (Bakı vaxtı ilə iyunun 15-də, saat 04:00-da) keçiriləcək yarış ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub.

Turnir çərçivəsində yeddi döyüş baş tutacaq. Gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə Aleks Pereyra ilə Siril Qan ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.

Hazırda UFC rəhbərliyi təşkilat tarixinin ən əlamətdar layihələrindən birinə hazırlığın son mərhələsini həyata keçirir. Turnirin Ağ Evin ərazisində baş tutacaq ilk peşəkar idman tədbiri kimi tarixə düşəcəyi bildirilir.

Ağ Evdə keçiriləcək yarış UFC üçün tarixi əhəmiyyət daşıyır. Qarışıq döyüş növləri üzrə dünyanın aparıcı təşkilatlarından biri olan UFC son illər qlobal idman və əyləncə sənayesinin ən tanınmış brendlərindən birinə çevrilib. "UFC Freedom 250"nin də təşkilatın tarixində ən böyük rezonans doğuran tədbirlərdən biri olacağı və milyonlarla tamaşaçının diqqətini cəlb edəcəyi gözlənilir.

Dünya idman ictimaiyyətinin diqqəti Vaşinqtona yönəldiyi bir vaxtda Bakı da növbəti UFC gecəsinə hazırlaşır. Turnir iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan hazırda Cənubi Qafqaz və MDB məkanında UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Mövcud razılaşmaya əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" turnirlərinin təşkili nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri