UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
UFC-nin orta çəkidə sabiq çempionu Şon Striklend 84 kq-a qədər çəki dərəcəsində sabiq titul sahibi Robert Uitakkerlə mümkün döyüş ehtimalına kəskin münasibət bildirib.
İdman.Biz “Sportskeeda”ə istinadən xəbər verir ki, amerikalı döyüşçü bu döyüşün onu ruhlandırmadığını etiraf edib.
“Bu, məni həyəcanlandıran döyüş deyil. Rob elə bir qız kimidir ki, ziyafətdə hamı onunla yatıb. Sən də deyirsən: yaxşı, əgər gecə saat üçə kimi heç kim qalmasa, onda cəhd edərəm. O, həddindən artıq çox döyüşür. Ernandeslə döyüş isə məni doğrudan da həyəcanlandırır. Mənə yeni bir şey verin, fərqli bir şey verin”, - deyə Striklend bildirib.
Daha əvvəl Şon Striklend Çeçenistan və Dağıstandan olan döyüşçülərlə məşq prosesi barədə də fikirlərini bölüşmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 11 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















