UFC tarixində ilk Ağ Evdə döyüş olacaq
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Mütləq Döyüş Çempionatının (UFC) baş direktoru Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evdə UFC turniri keçirmək ideyasını reallaşdıracağını bildirib.
Milli.Az xəbər verir ki, UFC prezidenti Dana Uayt təsdiqləyib ki, təşkilat 2026-cı il iyulun 4-də Ağ Evdə canlı döyüş tədbiri keçirəcək.
O, sosial mediada yayımlanan videoda "Əla gün idi... Ağ Evdə döyüş davam edir. Biz bunu bu gün etdik" deyə bildirib və yaxın həftələrdə daha ətraflı məlumat veriləcəyini əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ay UFC tədbirinin Ağ Ev qazonunda təşkil olunması ideyasını irəli sürmüşdü. O, bunun ölkənin 250 illik yubileyinə həsr olunacağını açıqlamışdı.
Beləliklə, UFC tarixində ilk dəfə olaraq dünyanın ən məşhur döyüş arenası Ağ Ev olacaq.
Fidan
Milli.Az
Baxış sayı:96
Bu xəbər 30 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















