ÜGTnin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) HS (Harmonize Sistem - Uyğunlaşdırılmış Sistem) alt komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ekoloji cəhətdən əhəmiyyətli malların qlobal gömrük təsnifat sistemində görünməsini artırmaq üçün yeni müddəalar hazırlayır.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu ÜGT-nin Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu, gələcəkdə hökumətlərə ticarəti təşviq etmək üçün imkanlar yaradacaq: "Eyni zamanda, Bazel Konvensiyası və Monreal Protokolu çərçivəsində təlimçilərin hazırlanması üçün seminarlar təşkil edilir, təhlükəli tullantıların təhlükəsiz saxlanması və daşınması üçün yeni prosedurlar hazırlanır, plastik tullantıların təsnifatı üzrə onlayn təlimlər keçirilir. COP29-da iqlim müzakirələrinə gömrük və ÜGT-nin daxil edilməsi bu prosesə böyük dəstək göstərir".
Baxış sayı:104
Bu xəbər 20 Noyabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















