Icma.az
close
up
RU
“Uğur 777” klinikasının uğursuzluqlar seriyası İTTİHAM VAR...

“Uğur 777” klinikasının uğursuzluqlar seriyası İTTİHAM VAR...

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bugün Azərbaycan reallığında, bir tərəfdə savadlı, vicdanlı həkimlər gecə-gündüz çalışaraq cəmiyyətə fayda verməyə çalışır, digər tərəfdə isə heç bir peşə etikası olmayan, saxta diplomların arxasında gizlənənlər insanların həyatını alt-üst edirlər. Bu acı reallığın bariz nümunəsi “Uğur 777” adlı klinika və onun arxasında duran Xəyalə İsmayılovadır.
Bu gün “estetik əməliyyatlar” adı ilə qadınlara qarşı aparılan saxtakarlıq, təkcə səhiyyə yox, insanlıq adına da bir ləkədir. Sponsorluq etdiyi reklamlarla, “endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinika, əslində bir estetik mərkəz yox, məsuliyyətsizliyin və vicdansızlığın ünvanıdır.
Demokrat.az Bakunews.az-a istinadən xəbər verir ki, Xəyalə İsmayılova “həkim” titulunu daşıyır, amma nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Təsdiqsiz diplomlar, qeyri-rəsmi sertifikatlar və mediada yalançı təsdiqlərlə ictimaiyyəti aldatmağa çalışan bu şəxsin əməlləri sadəcə hüquqi məsuliyyət yox, həm də mənəvi bir cinayətdir.
Ən acınacaqlısı odur ki, bu “həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Nəticə? Zərərçəkən, öz bədənində silinməyəcək izlərlə, əzabla və utancla yaşamağa məhkum olur.
Üstəlik, şikayət edən qadınlara qarşı istifadə edilən “susturma taktikaları” – “hara istəyirsən, şikayət et”, “pulları verib şikayəti sildirəcəm” kimi təhdid dolu cümlələr, təkcə hüquqi deyil, həm də insani dəyərlərə qarşı açıq bir hücumdur.
Vətəndaşları təhqir edən “sanitar” Sənan kimi şəxslərin də bu sistemin tərkib hissəsi olaraq, qadınlara qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, bu klinikanın iç üzü və idarəçiliyinin hansı səviyyədə olduğunu bir daha göstərir. Xəyalə İsmayılovanın müştəri yox, “qurban” axtarışı, onun məqsədinin müalicə deyil, mənfəət olduğunu göstərir.
Sual budur: bu qədər şikayət, bu qədər sübut qarşısında niyə hələ də hüquqi addımlar atılmır? Niyə bu qadının saxta fəaliyyətinə göz yumulur? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu məsələdə niyə susur?
Bu biabırçı vəziyyətə son verilməlidir. “Uğur 777” klinikasında zərərçəkən hər bir qadının səsi eşidilməli, onların hüquqları qorunmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Həyat və sağlamlıq oyuncağa çevrilə bilməz. Vicdanı olan hər kəs bu məsələdə susmamalı, haqsızlığın qarşısında dayana bilməlidir.
Və sonda qeyd edək ki, Xəyalə İsmayılovanın pafoslu özünü müdafiəsi heçdə öz təstiqin tapmayıb. Səhiyyə Nazirliyi tərəfindən onun sözçülərinin iddialarındakı kimi heçnəyə rast gəlinməməkdədir ki, Nazirliyin yaydığı siyahıda həkim olaraq adına rast gəlmək mümkün olmadı. Həmin siyahınıda olduğu kimi sizlərə təqdim edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri