Icma.az
close
up
RU
“Uğur psixologiyası” kitabının təqdimatı və imza günü

“Uğur psixologiyası” kitabının təqdimatı və imza günü

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 12-də “Uğur psixologiyası” kitabının müəllifi Fəzilə Əsgərova ilə imza günü təşkil olunub. 

“Libraff Park Akademiya”da MİMTA Yayımları tərəfindən təşkil olunan imza günü çərçivəsində oxucularla görüş keçirilib və kitabın hədəf auditoriyası barədə məlumat verilib.

Qeyd edək ki, “Uğur prsixologiyası” kitabının təqdimatı oktyabrın 4-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilib. 

Nəşr karyerasında ilk addımlar atan gənclər, karyerasının ən yüksək pilləsinə doğru addımlayan peşəkarlar, böyük komandalara rəhbərlik edən menecerlər, liderlik keyfiyyətlərini təkmilləşdirmək istəyən şəxslər, insan resursları peşəkarları üçün səmərəli məlumat mənbəyidir. 

Müəllif kitabda idarəetmə vasitələri, biznes və peşəkar ünsiyyət texnikaları, dinləmə, empatiya, düzgün sual vermə metodları, çətin söhbətlərin aparılması, liderlik və dostluq, rəhbər və işçi arasındakı subordinasiya formaları, paradiqma və onun formalaşması, ideyaların həyatımızda oynadığı rol, şəxsi brendin formalaşması sirləri, dəyişiklərin təsiri və çətin qəbulu, səhvlərin sürətli inkişafa verdiyi töhfələr, süni zəkanın liderlərə etdiyi çağırışlar, subyektiv qiymətləndirmənin fəsadları, karyera xəritəsinin vacibliyi, iş yerində psixoloji təhlükəsizlik, insan resursları peşəkarlarının oynadığı rola böyük yer ayırıb.

Kitabda oxucuları düşündürəcək qısa testlər də yer alıb. 

Kitabın sonunda karyerasında uğura imza atmış şəxslərlə müsahibələr isə nəşrdə bəhs olunan bir sıra məqamları daha da vurğulayır və dəstəkləyir.

Oxuculara Azərbaycan dilində təqdim olunan kitabın ingilis və rus dillərində nəşri də nəzərdə tutulub.

Müəllif haqqında:

30 ilə yaxın peşəkar təcrübəyə sahib olan Fəzilə Əsgər qızı Əsgərova uzun müddət insan resursları sahəsində fəaliyyət göstərərək İR komandalarına rəhbərlik edib.

O, işlədiyi şirkətlər və təşkilarlarda İR transformasiyaları, dəyişikliklərin idarə olunması proseslərinin təşəbbüskarı olmaqla bu proseslərə rəhbərlik edib. 

Fəzilə Əsgərova 14 il bank sektorunda, 13 il neft və qaz sektorunda işləyərək son iş yerində beynəlxalq şirkətin Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru vəzifəsinə qədər yüksəlib. 

200-dən çox təlimin müəllifi olan Fəzilə Əsgərova əldə etdiyi nailiyyətləri və təcrübəni 2005-ci ildən ölkənin bir çox təlim mərkəzlərində müxtəlif korporativ auditoriyalarla bölüşməkdədir. 

Fəzilə Əsgərova 2016-cı ildə Franklin Kovi Sinqapurun (FranklinCovey Singapore) Liderlik təlimçisi sertifikasiyasını əldə edərək təlim coğrafiyasını Rusiya, Qazaxstan və Gürcüstanda genişləndirib.

Fəzilə Əsgərova çalışdığı beynəlxalq şirkətlərdə əldə etdiyi nailiyyətlər və təcrübələrini həmçinin Azərbaycanın müxtəlif ali məktəblətində (ADA, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi) tələbələrlə görüşərək onlara erkən karyera və fərdi brendin formalaşdırılması istiqamətində  təlim sessiyaları keçir.

Hazırda Fəzilə Əsgərova ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, “DİOMAS Group”un, “Synergy Academy” liderlik mövzuları üzrə biznes təlimçisi kimi fəaliyyətini davam etdirir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri