Icma.az
close
up
RU
Uğur təkcə medal, səhnə, alqış deyil… Gənc aktrisa Mira İsgəndərli

Uğur təkcə medal, səhnə, alqış deyil… Gənc aktrisa Mira İsgəndərli

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Müsahibimiz gənc aktrisa Mira İsgəndərlidir. O, seçdiyi və getdiyi bu yolda sənətin bir missiya olduğunu deyir, bununla həm də həmyaşıdlarına örnək olmaq niyyətindədir.

Beləliklə, “Kukla tamaşası”nın “kuklaçı qızı” Mira İsgəndərli ilə müsahibəni təqdim edirik.

– Mira, ilk olaraq səni tanıyaq. Özünü necə təqdim edərdin?

– Mən Mira İsgəndərli, 17 yaşım var. Qobustan şəhərində yaşayıram. Bu il məktəbi bitirdim və indi həyatıma yeni bir səhifə açılır. Gənc yaşlarımdan bəri səhnəyə, sənətə və yaradıcılığa böyük marağım olub. Hər zaman istəmişəm ki, etdiyim işlərlə təkcə özümə deyil, ətrafımdakılara da bir yol göstərim.

– Bunu hansı yolla etmək istəyirsən, sənətləmi?

– Bəli.

–Bəs gənc yaşda sənətlə bu qədər bağlı olmağın səbəbi nədir?

– Özümü bu yolda görürəm, daha yaxşı ifadə edirəm və bu sənəti sevirəm.

– Sənə görə sənət nə deməkdir?

– Məncə, sənət insanın içindəki səsi ifadə etməyin ən gözəl yoludur.

– Tamaşalarda da rol alırsan…

– Bəli, rayonumuzda 40 ildən sonra yenidən keçirilən Kukla tamaşasında kuklaçı kimi çıxış etməyim mənim üçün bir dönüş nöqtəsi oldu. O səhnədə nəinki rol oynadım, həm də ilk dəfə həyəcandan titrəyən ürəyimə qalib gəldim. Elə bil, ilk dəfə özümü tapdım.

– Bu günə qədər başqa hansı layihələrdə iştirak etmisən?

– Dediyim kimi, Kukla tamaşasında kuklaçı kimi çıxış etdim və bu, rayonumuz üçün də mühüm bir hadisə idi. Bundan əlavə, Qobustan Gənclər Evinin “Şən Gənc” layihəsində iştirak etdim. Keçən il komandamızla birgə 2-ci yer qazandıq. Bu layihələr məni formalaşdırdı, həm məsuliyyətli olmağı, həm də kollektiv ruhunu öyrətdi.

– Yaşın azdır, gördüyün işlər isə təcrübə, peşəkarlıq tələb edir…

– Bəli, elədir, həyəcan olur məndə. Ən çox yaşadığım hiss elə həyəcan idi. Amma gözəl bir həyəcan. O qədər möhkəm idi ki, bəzən danışarkən səsim belə titrəyirdi. Amma hər dəfə səhnəyə çıxanda içimdə bir qüvvə oyanırdı: “Mira, sən bacaracaqsan!” deyən bir səs. Və doğrudan da bacardım. Bu yolda keçdiyim hər addım mənə güvən verdi, daha da böyütdü məni. Təkcə yaş olaraq yox, düşüncə olaraq da.

– Gələcək planların nədir?

– Ali təhsilimi İngilis dili üzrə davam etdirmək istəyirəm. Bu sahəni seçməyim təsadüfi deyil. İnanıram ki, dil insanın dünyasını böyüdür. İstəyirəm ki, gələcəkdə həm tərcüməçilik, həm də beynəlxalq layihələrdə iştirak etməklə rayonumuzun adını daha geniş platformalarda tanıdım.

– Mira, bəs səncə, uğur nədir və necə qazanılır?

– Uğur təkcə medal, səhnə, alqış deyil. Uğur – insanın özünə inanması və bu inamla yola çıxmasıdır. Fenomen olmaq bəlkə asan görünə bilər, amma uğurlu və faydalı bir gənc olmaq – bu, artıq bir missiyadır. Mən istəyirəm ki, rayonumuzun gələcək nəsli bizim kimi gəncləri örnək götürsün və öz yolunu tapsın. Hər kəs uğurlu ola bilər – sadəcə, istək və inam yetərlidir.

– Yəni, sən sənəti həm də bir missiya olaraq seçmisən?

– Bəli. Mən istəyirəm ki, rayonumuzun gələcək nəsli bizim kimi gəncləri örnək götürsün və öz yolunu tapsın. Hər kəs uğurlu ola bilər – sadəcə, istək və inam yetərlidir.

– Bu yolda heç kumirin varmı? Sənə kimlər və ya nə ilham verir?

– Bəli, kumirlərim var. Onlar müxtəlif sahələrdən olan, öz əzmi və istedadı ilə həyatlarına dəyər qatan insanlardır. Məşhur aktyor və aktrisalar, teatr və səhnə sənətçiləri – onlar mənim üçün təkcə sənətkar deyil, həm də ruhu ilə danışan insanlardır. Həmçinin müəllimlərim, ailəmdəki güclü qadınlar, hətta yolda qarşılaşdığım sadə, lakin dəyərli insanlar da mənim üçün ilham mənbəyidir. Kumir olmaq üçün məşhur olmaq lazım deyil – ruhunla təsir etmək kifayətdir.

– Onda son olaraq gənc həmyaşıdlarına nə demək istərdin?

– Özünüzə inanmaqdan əsla vaz keçməyin. Heç kim uğur yolunda asan addımlamır. Bəzən yıxılırsan, bəzən tənqid edilirsən. Amma bu, səni daha da gücləndirir. Həyat dəyişir – bir anın içində. Mən də bu dəyişimi yaşadım. Bir vaxtlar qorxan, səhnədən çəkinən bir qız idim. Bu gün isə həmin səhnə mənim azadlıq yerimə çevrilib. Siz də öz səhnənizi tapın – fərq etməz o səhnə haradır, yetər ki, ürəyinizlə ora çıxasınız.

Söhbətləşdi: Gülər Malik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri