Icma.az
close
up
RU
Uğurlarınız bol olsun

Uğurlarınız bol olsun

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Məlum olduğu ki, bu il əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyidir. Yubiley çərçivəsində həm respublikamızda, həm də onun hüdudlarından uzaqlarda möhtəşəm konsert proqramları həyata keçirilib. Bu yubiley ilinə Azərbaycan bəstəkarları öz töhfələrini verərək, müasir dövrdə İttifaqın əsas inkişaf prinsiplərini nümayiş etdirirlər. Belə ki, onlar öz fəaliyyətləri ilə Üzeyir bəyin ənənələrini layiqincə davam etdirərək, onun ruhu qarşısında öz mənəvi borclarını yerinə yetirməyə çalışırlar. Bu mənada Azərbaycan Bəstəkarlıq  məktəbinin uğuru dünya musiqiçilərinin də diqqətini cəlb edir. Onu da qeyd etməliyik ki, hər bir bəstəkarın əldə etdiyi nailiyyət onun özü ilə bahəm, ümumazərbaycan musiqisi üçün böyük dəyərdir. 

 Dünyanın “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığı buna əyani misaldır. Onun fəaliyyəti məhz Üzeyir bəyin Azərbaycan musiqisinin inkişafı naminə çalışmasının bariz nümunəsidir. Çünki Üzeyir bəy musiqi mədəniyyətimizin dünya səviyyəsində tanıdılmasının fövqündə idi. Bu gün bu cəhət ülvi bəstəkarımız Firəngiz Əlizadənin yaradıcılığında layiqli davamını tapıb. Bəstəkarın dünya şöhrəti qazanmış əsərləri ilə bərabər, dünya musiqiçiləri arasında yüksək mövqeyi və nüfuzu buna misaldır. Biz bu məqalədə F.Əlizadənin əsərlərindən deyil, onun iştirak etdiyi yüksək nüfuza malik müsabiqə və festivallardan bəhs edəcəyik. 

F.Əlizadənin yüksək intellektual səviyyəsi, müasir musiqisinin xüsusiyyətlərinə dərindən bələd olması və dünya professional musiqi mühitində böyük nüfuzu bəstəkarın müsabiqə və festivalların münsiflər heyətinin rəhbəri olaraq iştirakı üçün mühüm zəmin yaradır. Eyni zamanda beynəlxalq səviyyəli festival və müsabiqələrdə azərbaycanlı bəstəkarın münsiflər heyətinin sədri təyin olunması Azərbaycan bəstəkarlıq məktəbinə verilən böyük dəyərdir. İndi isə  dünya musiqisi üçün əhəmiyyətli olan bu tədbirlərdən bir neçəsinə nəzər salaq.

Belə ki, bu il Firəngiz Əlizadə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı A.P.Petrov adına Bəstəkarların XVIII Açıq müsabiqəsində növbəti dəfə münsiflər heyətinə sədrlik etmişdir. 2007-ci ildən keçirilən müsabiqədə müxtəlif ölkələrin tanınmış bəstəkarları iştirak edir. Əlamətdar haldır ki, 2019-cu ildən müsabiqənin münsiflər heyətinin sədri professor Firəngiz Əlizadədir. Eyni zamanda Firəngiz Əlizadənin yaradıcılığına böyük marağı nəzərə alaraq, müsabiqə çərçivəsində Sankt-Peterburq Konservatoriyasında onunla görüş keçirilmiş və əsərləri tanınmış musiqiçilər tərəfindən ifa olunmuşdur. Həmin tədbirdə F.Əlizadənin “Metamorfozlar” (“Şüştər”) əsəri Arkadi Şteynluxtun dirijorluğu ilə yüksək səviyyədə ifa edilmişdir. Fəxarətli bir haldır ki, F.Əlizadənin Rusiyada ilk dəfə ifa olunan bu əsəri dinləyicilər tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Onu da qeyd edək ki, Firəngiz xanımın sədri olduğu münsiflər heyətinə dirijor, Rusiyanın “Qızıl maska” milli teatr mükafatının laureatı Fyodor Lednyov, bəstəkar, Sankt-Peterburq Konservatoriyasının professoru Anatoliy Korolyov, Rusiyanın Əməkdar artisti Arkadi Şteynluxt və digər tanınmış musiqiçilər daxil olmuşdur. 

Görkəmli bəstəkarımızın iştirak etdiyi növbəti möhtəşəm tədbirlərdən biri Rusiya Federasiyasının Moskva şəhərində baş tutmuşdur. Bu yaxınlarda “Musiqili Olimp” Fondu və Gənc musiqiçilərin “Şelkunçik” XXV Beynəlxalq Televiziya müsabiqəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Münsiflər heyətinin tərkibində iştirak etmək üçün F.Əlizadəyə xüsusi dəvətnamə göndərilmişdir. “Musiqili Olimp” Fondunun Prezidenti İrina Anatolyevna Nikitinanın Firəngiz Əlizadəyə ünvanladığı məktubda müsabiqənin gənc istedadların üzə çıxarılmasında, uşaq musiqi təhsilinin genişləndirilməsində, eyni zamanda beynəlxalq mədəni əlaqələrin və istiqamətlərin inkişafında əhəmiyyəti vurğulanmışdır. 

Qeyd etməliyik ki, Gənc musiqiçilərin “Şelkinçik” müsabiqəsi 2000-ci ildə Rusiya Federasiyasının “Mədəniyyət” kanalı tərəfindən təsdiq olunmuşdur. 15 yaşına qədər gənc musiqiçilər müsabiqədə klassik və müasir bəstəkarların mürəkkəb ifaçılıq xüsusiyyətlərinə malik əsərlərini səsləndirməklə, öz yaradıcı bacarıqlarını, ifaçılıq imkanlarını nümayiş etdirirlər. Dirijor Mixail Qolikovun rəhbərliyi ilə Moskva Filarmoniyasının Akademik Simfonik Orkestrinin gənc solistləri müşayiət etməsi isə ifaçıların məsuliyyətini daha da artıraraq, onların professional səhnədə, musiqiçilər qarşısında özünü təsdiqləməsi üçün imkan yaratmışdır. Müsabiqə çərçivəsində N.Rimski-Korsakov, P.Çaykovski, F.Mendelson, Y.Haydn, N.Paqanini, K.Sen-Sans, M.Ravel, E.Sejurne və E.Qriqin əsərləri səslənmişdir. 

Nəzərə çatdıraq ki, Gənc musiqiçilərin “Şelkunçik” XXV Beynəlxalq Televiziya müsabiqəsi humanitar səpkili layihə kimi, nəinki Rusiya Federasiyasında, əhəmiyyətinə və obyektiv keçirilən şərtlərinə görə dünya səviyyəsində böyük maraq göstərilən tədbirlərdən biridir. 

“Fortepiano” nomimasiyasında münsiflər heyətinin sədri olan Firəngiz Əlizadə tanınmış musiqiçilər Sergey Kuznetsov (Rusiya), Semyon Skiqin (Rusiya-Almaniya) ilə birlikdə gənc istedadların ifaçılıq qabiliyyətlərini dəyərləndirmişlər. Vurğulayaq ki, bu müsabiqədə F.Əlizadə ilə yanaşı, Nikita Zimin (saksofon), Nikolay Popov (fleyta) kimi tanınmış musiqiçilər də Beynəlxalq Münsiflər heyətinin tərkibinə daxil idi. 

Fəxredici bir hadisədir ki, festival çərçivəsində Firəngiz Əlizadənin əsəri ifa olunmuşdur. Müsabiqənin təşkilatçısı və “Musiqili Olimp” Fondunun Prezidenti İrina Nikitinanın “Eniqma” verilişində Firəngiz Əlizadə ilə geniş məzmunlu və səmimi münasibətlər üzərində qurulan müsahibəsi isə milli azərbaycançılıq ruhunun rusiyalı dinləyicilərə çatdırılması məramına əsaslanmışdır. Həmin müsahibədə Firəngiz xanım yalnız öz yaradıcılığı barədə deyil, Azərbaycan musiqi mədəniyyətinin ümumi məzmunu, xüsusilə Üzeyir Hacıbəyli, Qara Qarayev ənənələrindən bəhs etmişdir. 

Dünya şöhrətli Azərbaycan bəstəkarının beynəlxalq əhəmiyyətli və böyük nüfuza malik müsabiqələrdə iştirak etməsi fəxarət doğuran mədəni hadisə olmaqla yanaşı, həm də qürurvericidir. 

Təbii ki, Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqisi ilə sıx bağlıdır. Bu mənada onun uğurları ilə bağlı çox söz demək olar. Amma bu uğurların bir qisminin məhz F.Əlizadənin sədri olduğu Bəstəkarlar İttifaqının 90 illik yubileyinə təsadüf etməsi Azərbaycan bəstəkarlıq məktəbinin də yüksək inkişafa malik olmasının təzahürüdür. Odur ki, Firəngiz xanım başda olmaqla, Bəstəkarlar İttifaqının bütün üzvlərini bir daha bu yubiley münasibətilə təbrik edirik. Uğurlarınız bol olsun.  

Aytən Babayeva 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Dekabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see273

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see266

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see258

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see252

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see241

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see240

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see240

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see234

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see230

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see230

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see224

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see212

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see210

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see207

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see204

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see203

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see202

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see198

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri