Icma.az
close
up
RU
Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

U-17 millimizin baş məşqçisi İlham Yadullayev İnkişaf Kubokunda Qazaxıstan yığmasına qalib gəldikləri matç (2:1) haqqında danışıb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında komandasının əsl xarakter göstərdiyini deyib:

“Ötən il də bu turnirdə iştirak etmişdik. Bir il ərzində nələrə nail olduğumuzu görmək baxımından builki turnirdə çıxışımız mənə də maraqlı idi. Bu barədə komanda ilə söhbətimiz də olmuşdu. Rusiya ilə ilk oyunda futbolçularda həyəcan var idi. Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə İran yığmasını məğlub etdik. Bu qalibiyyət Qazaxıstanla matç öncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi. Birinci hissədə hesabda geri düşsək də, görüşə nəzarət tam bizim tərəfimizdə idi. Fasilədə bəzi dəyişikliklər etdik. Bu da bəhrəsini verdi. Yeni gələnlərin özlərini doğrultmaları da sevindirici hal oldu. Sona qədər döyüşdükləri üçün futbolçularıma təşəkkür edirəm”.


Baş məşqçi fevralın 21-də Özbəkistan yığmasına qarşı üçüncü yer uğrunda keçirəcəkləri matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib:

“Özbəkistan yığması da bizim kimi, qrupunda ikinci yeri tutub. Çox güclü komandadı. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib. Komanda qrupda 2-ci yeri tutaraq 3-cü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlayan millimiz A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş fevralın 21-də, Bakı vaxtı ilə saat 13.20-də keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri