Icma.az
close
up
RU
Uğurlu xarici siyasətimiz ölkəmizə yeni yeni zəfərlər bəxş edəcək

Uğurlu xarici siyasətimiz ölkəmizə yeni yeni zəfərlər bəxş edəcək

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Məlumdur ki, ölkəmizin xarici siyasət kursunda bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinin qurulması prioritet təşkil etməklə yanaşı, beynəlxalq və qlobal təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda dünya siyasətində aparıcı rol oynayan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq və birgə fəaliyyət xüsusi yer tutur.

Yeri gəlmişkən, qeyd edək ki, Ölkəmiz sülhpərvər xarici siyasətə sadiqliyini nümayiş etdirərək BMT-nin təşəbbüsü ilə həyata keçirilən humanitar missiyalarda daim fəal iştirak edir, bu təşkilat çərçivəsində hər zaman ədalətli və obyektiv mövqe sərgiləyir. Ölkə başçımızın həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətdə də bu prinsipial mövqe mühüm yer tutur. Prezident İlham Əliyevin BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirakı Azərbaycanın BMT ilə əlaqələrinin strateji xarakter daşıdığını və beynəlxalq aləmdə nüfuzunun durmadan artdığını bir daha təsdiq etdi. Prezident İlham Əliyevin dünya liderləri və nüfuzlu investisiya dairələri ilə keçirdiyi görüşlər Azərbaycanın qlobal siyasətdə fəal və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqlədi. Xüsusilə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan rəsmi qəbulda ABŞ və Azərbaycan liderləri arasında baş tutan səmimi dialoq hər birimizdə qürur hissi doğurdu. Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xitabən söylədiyi “Mən Sizinlə həqiqətən fəxr edirəm. Sizin gördüyünüz işlər möhtəşəmdir. Sadəcə demək istəyirəm ki, Sizinlə bir yerdə olmaq mənim üçün böyük şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Biz birlikdə bu işlərdən zövq alacağıq. Dinc bir dünyada yaşayacağıq” sözləri Azərbaycan liderinin qlobal arenadakı nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir. Bu ifadələr eyni zamanda Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdəki rolunun və qətiyyətli mövqeyinin açıq etirafı kimi dəyərləndirilə bilər.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev qlobal səviyyəli liderdir. Onun dünyanın birinci dövləti olan ABŞ-da keçirilən tədbirdə dünyanın birinci tribunasında etdiy çıxış beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq və diqqətlə izlənildi. Prezident qeyd etdi ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu, bir milyon azərbaycanlı yurd-yuvasından didərgin salındı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə baxmayaraq Ermənistan bu tələblərə əməl etmədi və sanksiyalardan yayınaraq işğalı davam etdirdi. ATƏT-in Minsk qrupu da münaqişənin həllində uğursuz oldu.
2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdi. Ermənistan müharibə zamanı mülki əraziləri hədəf aldı, yüzdən çox vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr 2020-ci il Ermənistanın kapitulyasiyası və işğala son qoyulması ilə tarixə düşdü.

Ölkə başçısı müharibədən sonra Azərbaycan Ermənistanla sülhə hazır olduğunu söyləyərək bəyan etdi ki, rəsmi Bakı beş əsas prinsip əsasında sülh müqaviləsi təşəbbüsü irəli sürüb. 2022-ci ildən başlayan danışıqlar nəticəsində bu il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətni paraflanıb, liderlər birgə bəyanat imzalayıb, ABŞ Prezidenti şahid kimi iştirak edib. Eyni zamanda Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciət edib və bu qurum sentyabrın 1-də ləğv olunub. Bununla yanaşı Vaşinqton Sammitində “Tramp Marşrutu” vasitəsilə regional bağlantılar gücləndirildi, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə razılıq əldə olundu və Prezident Tramp 907-ci düzəlişin icrasını dayandırdı. Prezident Trampa sülh dəstəyinə görə təşəkkür etdi, avqust razılaşmalarını tarixi addım adlandırdı və bunun ardınca münasibətlərin strateji tərəfdaşlığa yüksəldiyini, bu razılaşmaların iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını vurğuladı. Azərbaycan son illərdə enerji və nəqliyyat sahələrində qlobal əhəmiyyətli strateji mövqe qazanıb. Prezidentin çıxışında bildirildiyi kimi Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri ilə qaz təminatında dünya lideridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş rolunu oynayır. 2025-ci ilin avqustundan etibarən isə Türkiyə üzərindən Suriyaya qaz ixracı da başlayıb. Bərpaolunan enerjiyə ciddi sərmayələr qoyan Azərbaycan, 2030-cu ilə qədər enerji istehsalının 40%-ni günəş, külək və su enerjisi ilə təmin etməyi hədəfləyir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan, Ələt Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və artan yükdaşımalarla regionun aparıcı nəqliyyat mərkəzinə çevrilir. Prezident Azərbaycanın humanitar sahədəki beynəlxalq səylərinindən bəhs edərək bildirdi ki, ölkəmiz təbii fəlakətlər və səhiyyə böhranlarından zərər çəkmiş ölkələrə daim yardım göstərir. COVID-19 dövründə 80-dən çox ölkəyə tibbi avadanlıq, vaksin və maliyyə dəstəyi təqdim edilib. Bu, Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Ən əsası, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu tribunasında çıxışı ilə təkcə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmadı, həm də beynəlxalq hüquqa əsaslanan sülh, inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlığın vacibliyini vurğuladı. Ölkə başçısı sülhün yalnız sözlə deyil, əməli addımlarla qurula biləcəyini bildirməklə beynəlxalq ictimaiyyəti konkret və məsuliyyətli davranışa çağırdı.

Habil İsmayılov,

YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri