Icma.az
close
up
RU
Uğursuz otaqda uğurlu iş: Otel Loo filmi cəmiyyətin sosial psixoloji problemlərini təqdim edir Video

Uğursuz otaqda uğurlu iş: Otel Loo filmi cəmiyyətin sosial psixoloji problemlərini təqdim edir Video

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sevgililər günündə "Park Cinema"-da nümayiş olunan “Otel Loo” filmi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Film komediya janrında çəkilsə də cəmiyyətdə olan müxtəlif mövzulara toxunaraq izləyicilərini həm güldürüb, həm də düşündürməyi bacarıb. Filmdə evlilik, xəyanət, cəmiyyətin bu mövzuya yanaşması, insan psixologiyası, insan inancları kimi müxtəlif önəmli nüanslara yumoristik yanaşma ilə toxunulub.

Film uzun illərdir evli olan psixoloqun ona müraciət etmiş, əslində onunla birlikdə olmağa çalışan müğənninin hekayəsi ilə başlayır. Heç vaxt xəyanət etməyən, yoldaşı ilə əslində hər şeyin qaydasında olduğunu deyən məşhur psixoloq bir gün həmin məhşur müğənni Aliyə ilə (Günəş Mehdizadə) hoteldə görüş planı qurur. Hər şey də elə bu hotel otağında baş verir. Amma otağın nömrəsi düşərli olmayan 13 rəqəmidir. Müğənni bunun düşərli olmadığını deyərək başqa otaq istəyir amma olmur. Psixoloq otağın üzərindəki rəqəmləri dəyişərək bu problemi “həll edir”. Bir rəqəm dəyişsə də bu rəqəm filmin davamında özü ilə bərabər yeni problemlər gətirir.

Bir otaq, onlarla hadisə

Filmdə əsas hadisələrin bir məkanda olsa da, hadisələr çox dinamik olduğu üçün 75 dəqiqə boyunca izləyicini maraqda saxlaya bilir. Psixoloq Murad illərdir gizlətdiyi tərəflərini göstərməyə fürsət taparaq ehtirasa qapılır və şəhvət hissinin ona güc gəldiyi anlarda özündən biixtiyar Aliyənin boğazından yapışıb bərk-bərk sıxır. Aliyə huşunu itirərək kliniki ölüm keçirir və psixoloqumuz məcbur izləri itirmək üçün həyat yoldaşı, məhkəmə tibbi ekspertizasının kriminalisti Səbinəyə (Oksana Rəsulova) zəng edir. Tamamilə fərqli bir yalan deyir ki, xəyanətinin üstü açılmasın. Bu hadisələrin paralelində şou-biznes jurnalisti onları izləyir. Filmdə bütün düyünlər, ziddiyyətlər də, məhz bu zəngdən sonra başlayır.

Cəmiyyətə və problemlərə yumoristik baxış

Biz buradan etibarən illərdir evli olan cütlüyün intim məsələlərdə bir-birini anlamaması, sevdiyi qadına görə dəyişən kişinin sevilməməsi və olduğu kimi qəbul olunmamasının yaratdığı problemlər, insanların bir-birindən asılılığı, batil inancların insana təsirləri, manipulyasiya, yerli televiziya və jurnalistikanın hazırki ürək açmayan vəziyyəti, təhsilsiz və biliksiz insanların eşitdiyi hər şeyə inanması kimi dərin mövzular çox peşəkar formada işlənib. Filmdə Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa kimi peşəkar aktyorların oynaması, filmin uğurlu alınması və obrazların olduğu kimi peşəkarlıqla təqdim olunması izləyicilər üçün diqqət çəkən nüanslardan olub.

İzləyicilərin əksəriyyəti Azərbaycanda uzun müddətdir belə uğurlu komedya filminin çəkilmədiyini qeyd ediblər. Prodüseri Nurlan Qarayev, ikinci rejissoru Telman Talıb, səs rejissoru Emin Mahmudov, işıq rəssamı Məhəmməd Əhmədov, qrim rəssamı Samirə Mustafayeva olan filmdə digər rollarda aktyorlar Kamil Nazim, Nurlan Süleymanov, Ramil Məmmədov, Nihad Heybətov, Səmimi Fərhad və Mələk Hacıyeva oynayıb. Bu film heyəti daha öncə “Vətəndaş A” serialında bir araya gəliblər.

Müəllif: Nərgiz Abbasova

Bizimyol.info xəbər portalı üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri