“Uğursuz seriyadan çıxdıq, amma oyun istədiyim kimi olmadı” Saşa İliç
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 8-ci turunda evdə “Karvan-Yevlax”a qalib gəldikləri (4:1) matçı şərh edib.
QOL.az xəbər verir ki, serbiyalı mütəxəssis nəticədən razı qalsa da, komandanın oyununda çatışmazlıqların olduğunu gizlətməyib: “Uğursuz seriyadan sonra qalib gəlmək xoşdur, amma oyundan tam razı deyiləm. Bir çox qol imkanlarından yararlana bilmədik. Bunun səbəbi heyət çatışmazlığıdır. Rəşid zədəlidir, Rüstəm və Səbuhi milli komandadan qayıdıblar. Bu səbəbdən bəzi gənc futbolçulara şans verməli olduq. Əsas məqsədimiz sabit heyətlə bir neçə matç oynamaqdır”.
Baş məşqçi qələbəyə baxmayaraq, bəzi futbolçuların fərdi səhvlərindən narazılığını bildirib: “Sevinc var, amma planlaşdırdığımız oyunu tam görə bilmədik. Bəzi oyunçular səhvlərə yol verdilər”.
İliç qış transfer pəncərəsində Serbiyadan futbolçular gətirmə ehtimalına da münasibət bildirib: “Mənim üçün futbolçunun hansı ölkədən olması vacib deyil. Əsas odur ki, komandaya xeyir versin. Qışda yeni oyunçuların gəlməsi mümkündür”.
Serbiyalı mütəxəssis qarşıdakı çətin oyunlara da toxunub: “Bizim üçün asan matç yoxdur. Qarşıda ‘Zirə’, ‘Araz-Naxçıvan’ və ‘Qarabağ’la oyunlar olacaq. Hazırda diqqətimizi növbəti tura yönəltmişik. Futbolçulardan tələbim bu matçlara tam hazır olmalarıdır. Məşqlərimiz də bu istiqamətdə qurulub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Oktyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















