Uilyam Saliba klubu ilə müqaviləsinin müddətini uzatdı
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Arsenal" müdafiəçisi Uilyam Saliba ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı fransalı futbolçunun yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Onun "topçular"la hazırkı anlaşması 2027-ci ildə başa çatmalı idi.
Qeyd edək ki, Saliba 2019-cu ildən "Arsenal"da çıxış edir. O, komandanın heyətində 140 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Holann Siti ilə müqaviləsinin müddətini uzatdı
17 Yanvar 2025 14:20
İbrahim Qədirzadə müqaviləsinin müddətini uzatdı
03 Avqust 2025 14:34
Böyük Britaniya və ABŞ nüvə müqaviləsinin müddətini uzatdı KONKRET
15 Noyabr 2024 09:28
Almaniya klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı
26 Avqust 2025 14:22
İnter futbolçusu ilə müqavilə müddətini uzatdı
28 Noyabr 2024 00:34

