Uitkoff: ABŞ Ukrayna və Rusiyanın mövqelərini yaxınlaşdıra bilib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerika administrasiyası böhranın həlli məsələsində Rusiya və Ukraynanın mövqelərini müəyyən qədər yaxınlaşdıra bilib.
525.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “ABC News” telekanalına müsahibəsində deyib.
"Belə danışıqlarda insanlar müəyyən mövqelərdən çıxış edirlər. Sənət tərəflər arasında uçurumu azaltmaqdan ibarətdir və hesab edirəm ki, biz buna müəyyən qədər nail olmuşuq", - o deyib.
Uitkoff ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mayın 19-da gözlənilən danışığı da şərh edib. O, qeyd edib ki, bu danışığın uğurlu olacağına, hər iki tərəfin harada olduğunu və danışıqları necə yekunlaşdıracağını müəyyən etmək üçün böyük əhəmiyyət kəsb etdiyinə inanır.
"İnanıram ki, Prezidentin Vladimir Putinlə telefon danışığı uğurlu olacaq. Onlar bir-birini tanıyırlar. Prezident burada nəsə etmək əzmindədir. Əgər o bunu bacarmasa, heç kim edə bilməz", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















