Uitkoff ABŞ və İran arasında nüvə danışıqlarının təfərrüatlarını açıqlayıb
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ hərbi əməliyyat başlamazdan əvvəl İranla aparılan danışıqlar zamanı ona pulsuz nüvə yanacağı təchizatı müqabilində uranın zənginləşdirilməsindən 10 il müddətinə imtina etməyi təklif edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz onlarla [uranın] hər hansı zənginləşdirilməsindən 10 il müddətinə imtina edilməsini müzakirə etdik və yanacağın haqqını ödəyəcəyimizi dedik. Onlar imtina etdilər", - Uitkoff deyib.
Uitkoffun sözlərinə görə, İranın danışıqlar qrupu səsləndirdikləri mövqenin sövdələşmənin bağlanması üçün "başlanğıc nöqtəsi" olacağını bəyan ediblər.
"İran nümayəndələri bizə sahib olduqları bütün nüvə yanacağını zənginləşdirmək üçün ayrılmaz hüquqlarının olduğunu söylədilər. Onlar danışıqlarına məhz bununla başladılar. Biz cavab verdik: "[ABŞ] prezident hesab edir ki, sizi dayandırmaq üçün bizim ayrılmaz hüququmuz var", - Uitkoff dəqiqləşdirib.
O həmçinin əlavə edib ki, İran komandası ilə ikinci görüşdən sonra Vaşinqton və Tehranın saziş bağlaya bilməyəcəyi bəlli olub.
"Biz onlarla ədalətli saziş bağlamağa çalışdıq. İkinci görüşün sonuna yaxın bunun mümkünsüzlüyü tamamilə aydın oldu. Lakin biz onlara daha bir şans vermək üçün üçüncü görüşə gəldik", - Uitkoff fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 03 Mart 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















