Uitkoff Trampa çatdırdı: Rusiya bu əraziləri istəyir!
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ Prezidentinin xüsusi elçisi Steven Uitkoff ABŞ lideri Donald Trampa deyib ki, Rusiyanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri ərazilərinə nəzarətini tanımaq Ukraynadakı münaqişəni mümkün qədər tez həll etməyin bir yoludur.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Vaşinqtonda görüşündən sonra Uitkoff Trampa bildirib ki, Ukraynada atəşkəsə nail olmağın “ən sürətli yolu” bu 4 regionu Rusiya ərazisi kimi tanımaqdır. Amma Tramp “ABŞ-ın strategiyasını dəyişdirmək barədə qərar qəbul etməyib”.
Nəşr qeyd edib ki, görüşdə iştirak edən ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da Uitkoffla razılaşmayıb. O, təkid edib ki, Kiyev danışıqlara hazır olsa da, Moskvanın bu ərazilər üzərində tam nəzarətini heç vaxt qəbul etməyəcək.
Xatırladaq ki, Uitkoff 11 apreldə Rusiya lideri Vladimir Putinlə bağlı qapılar arxasında 4 saatdan çox müzakirə aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 Aprel 2025 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















