Icma.az
close
up
RU
Uitkoffun tükənməyən ümidi... Trampın dostu “bu görüş mütləq olacaq” deyir, amma...

Uitkoffun tükənməyən ümidi... Trampın dostu “bu görüş mütləq olacaq” deyir, amma...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff dəfələrlə “bacarmadığı işlə məşğul olduğuna”, “Putinə mədhiyyələr söylədiyinə” və digər çatışmazlıqlarına görə Qərb mediası və siyasətçilər tərəfindən tənqid edilib. Doğrudan da heç bir diplomatik savadı və təcrübəsi olmayan, yalnız əmlakçı, Trampın dostu və qolf tərəfdaşı kimi tanınan Uitkoff hər nə qədər intensiv səfərlər edərək, Rusiya və Ukrayna arasında uzlaşma nöqtələri tapmağa çalışsa da, hələlik ortada heç bir konkret ciddi nəticə yoxdur. Əksinə, çoxları Vladimir Putinin Uitkoffun vasitəsilə Trampa təsir etdiyini və manipulyasiya ilə məşğul olduğunu iddia edirlər. Hesab edirlər ki, Uitkoff özü də Kremlin təsiri altına düşüb və az qala onun təbliğat maşınına xidmət etməklə məşğuldur. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də Uitkoffu birbaşa Kreml narrativlərini yaymaqda günahlandırmışdı...

Lakin bütün uğursuzluqlara baxmayaraq, Uitkoff indiyə qədər çəkdiyi zəhmətin hədər getməyəcəyinə əmindir. İnsafən deyək ki, Kremlin mövqeyindəki müəyyən yumşalmalarda onun da rolu danılmazdır.

Uitkoff “Fox News”-a son müsahibəsində Ukrayna və Rusiya ilə diplomatik danışıqların necə getdiyi barədə danışıb. O, bu həftə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcəyini və buna paralel olaraq, ruslarla da hər gün danışdığını deyib: “Mən bu həftə ukraynalılarla görüşürəm. Bu həftə Nyu-Yorkda onlarla görüşəcəm və bu, mühüm siqnaldır. Biz ruslarla hər gün danışırıq".

Eyni zamanda o, Volodimir Zelenski və Vladimir Putin arasında görüşün baş tutacağına əmin olduğunu qeyd edib: "Düşünürəm ki, biz nəhayət ikitərəfli görüş görə bilərik. Mənim şəxsi fikrim budur ki, prezidentə(Trampa-red.) sövdələşmə əldə etmək üçün masa arxasında oturmaq lazımdır".

Beləliklə, göründüyü kimi, bütün ziddiyyətlərə və onun ünvanına söylənən tənqidlərə rəğmən Uitkoff ümidli və kifayət qədər optimistdir.

Qeyd edək ki, bundan öncə “Reuters” bildirib ki, danışıqlar zamanı Rusiya və ABŞ rəsmiləri bir neçə enerji sazişini müzakirə ediblər. Bu yolla ABŞ Moskvanı Ukraynadakı müharibəni dayandırmağa sövq etmək istəyib. Əvəzində, Vaşinqton sanksiyaları yumşaltmağa meyl göstərib. Qaldırılan məsələlər arasında “Exxon Mobil”in Rusiyanın “Saxalin-1” neft-qaz layihəsinə qayıtması, eləcə də Rusiyanın Qərbin sanksiyaları altında olan “Arctic LNG 2” kimi LNG layihələri üçün Amerika avadanlığı verilməsi məsələsi də olub. Bu isə Rusiya üçün olduqca önəmli mövzudur.

Həmçinin, ABŞ Dövlət katibi Marko Rubio bazar ertəsi Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa və avropalı diplomatlarla danışıqlar aparıb və Ukraynada müharibəyə son qoymaq səylərini müzakirə edib.

Buna baxmayaraq, qarşı tərəf – Rusiya real danışıqlara və sülhə hazır olduğunu ifadə edən heç bir siqnal vermir. Əksinə, yenidən qondarma bəhanələr gətirərək, gah Zelenskinin legitimliyini sual altına alır, gah da danışıqlar üçün əvvəlcə ekspertlər səviyyəsində görüşlərin vacibliyini önə çəkərək vaxt uzadır. Və istənilən danışığa, müzakirələrə açığ olduğunu bəyan etsə də, bunun üçün ilkin atəşkəs anlaşmasını qətiyyətlə rədd edir. Ən pisi də odur ki, Tramp Kremlin bu “üslubu” ilə razılaşır və atəşkəs tələbindən imtina edir.

Bütün bunların fonunda isə Uitkoffun optimizmi və vədləri kifayət qədər mənasız və təsirsiz görünür…

C.Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri