Icma.az
close
up
RU
Ukrayna ABŞ danışıqlarında irəliləyiş var Umerov Kiyevin əsas prioritetlərini açıqalyıb

Ukrayna ABŞ danışıqlarında irəliləyiş var Umerov Kiyevin əsas prioritetlərini açıqalyıb

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff son iki gün ərzində Mayamidə Ukrayna nümyəndə heyətinin başçısı Rüstəm Umerovla məhsuldar danışıqlar aparıb.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in verdiyi məlumata görə, Uitkoff və Trampın kürəkəni Cared Kuşner Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovla görüşüblər. Hər iki tərəf "Ukraynada davamlı və ədalətli sülhə doğru etibarlı bir yol irəliləmək üçün konstruktiv müzakirələr" apardıqlarını bildiriblər.

Umerov qeyd edib ki, Ukraynanın prioriteti onun müstəqilliyini və suverenliyini qoruyan, ukraynalıların təhlükəsizliyinə zəmanət verən və çiçəklənən demokratik gələcək üçün sabit təməl yaradan bir razılaşmaya nail olmaqdır. Bu barədə ABŞ Dövlət Departamenti və Ukrayna nümayəndəliyinin birgə bəyanatında deyilir.

İştirakçılar həmçinin Uitkoff və Kuşnerin bu həftə Moskvada Vladimir Putinlə görüşünün nəticələrini, eləcə də müharibənin sona çatmasına kömək edə biləcək addımları müzakirə ediblər.

Bundan əlavə, Dövlət Departamenti əlavə edib ki, bu həftəki danışıqlar zamanı ABŞ və Ukrayna nümayəndələri "təhlükəsizlik tədbirləri üçün çərçivə razılığına” gəliblər və davamlı sülhü qorumaq üçün zəruri maneələri müzakirə ediblər.

Eyni zamanda, hər iki tərəf hər hansı bir razılaşmanın əldə edilməsində real irəliləyişin Rusiyanın uzunmüddətli sülhə sadiqliyini nümayiş etdirmək istəyindən, o cümlədən gərginliyin azaldılması və qətllərə son qoymaq üçün addımlardan asılı olacağını vurğulayıblar.

Onlar həmçinin Ukraynanın müharibədən sonrakı yenidən qurulması, ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri və uzunmüddətli yenidənqurma layihələrini müzakirə ediblər.

Ağ Evin sözçüsü öz növbəsində Mayamidəki görüşlərin məhsuldar olduğunu bildirib və əlavə edib ki, "irəliləyiş əldə edilib".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri