Icma.az
close
up
RU
Ukrayna ABŞ dən “Tomahawk” raketləri almaq istəyir

Ukrayna ABŞ dən “Tomahawk” raketləri almaq istəyir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski, ölkəsinə “Tomahawk” raketlərinin tədarükü ilə bağlı ABŞ və digər müttəfiq ölkələrlə danışıqların davam etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski bu açıqlamanı Müdafiə naziri Denis Şmıqal, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən toplantıda verib.

Prezident qeyd edib ki, Rusiya ordusunun Donetsk bölgəsindəki Pokrovsk şəhərinə hücumları davam edir və son üç gün ərzində rus qüvvələri Ukrayna müdafiə mövqelərinə 220 hücum həyata keçirib.

“Əsgərlərimizin məlumatına görə, hazırda şəhər daxilində 314 rus əsgəri var”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Pokrovsk cəbhəsində Rusiya ordusu ağır itkilər verməsinə baxmayaraq hücumlarını dayandırmır.

“Düşmənin əsas məqsədi Pokrovsk şəhərini ən qısa zamanda ələ keçirməkdir. Bu hədəf heç vaxt dəyişməyib”, - deyə o əlavə edib.

Zelenski həmçinin Ukrayna qüvvələrinin Xarkov bölgəsindəki Kupyansk şəhəri və ətrafında 1100–1200 metr irəlilədiyini qeyd edib.

Ukraynanın uzaqmənzilli hücum qabiliyyətini gücləndirmək üçün ciddi səylər göstərdiklərini bildirən Zelenski, “Tomahawk” raketlərinin tədarükü ilə bağlı ABŞ və digər müttəfiqlərlə danışıqların davam etdiyini vurğulayıb.

Zelenski əlavə edib ki, bu məsələ ilə bağlı birbaşa istehsalçı şirkətlərlə də görüşlər aparılır. ABŞ Prezidenti Donald Tramp bu istiqamətdə müsbət qərar verərsə, istehsalçı firmalar raketləri Ukraynaya məmnuniyyətlə təhvil verməyə hazırdır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri