Icma.az
close
up
RU
“Ukrayna ABŞ ilə müqavilə layihəsinə dəyişiklik tələb edəcək” “Bloomberg”

“Ukrayna ABŞ ilə müqavilə layihəsinə dəyişiklik tələb edəcək” “Bloomberg”

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Ukrayna sərmayələrin artırılması da daxil olmaqla, ABŞ-nin təklif etdiyi faydalı qazıntılar üzrə yeni saziş layihəsinə dəyişiklik tələb edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
“Kiyev ehtiyat edir ki, saziş Avropaya inteqrasiyanı çətinləşdirə bilər, çünki hazırkı şərtlərə əsasən, Vaşinqton bütün əsas infrastruktur layihələrində monopoliya və birgə investisiya fondundan gəlir əldə edəcək, həmçinin Ukraynanın strateji resurslarına çıxış əldə edəcək ki, bu da Aİ-nin əməkdaşlıqdan kənarda qalmasına gətirib çıxara bilər”, - mənbə deyib.
Bildirilib ki, Ukrayna həmçinin, sazişin ABŞ-nin müharibə başlayandan bəri göstərdiyi bütün hərbi və iqtisadi dəstəyin ödənilməsini tələb edə biləcəyindən narahatdır.
Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri martın 28-də amerikalı həmkarları, o cümlədən hüquq ekspertləri ilə saziş layihəsinə aydınlıq gətirmək üçün video zəng edib.
Amerika rəsmiləri Kiyevin narahatlığına, xüsusən də sazişin Ukraynanın Aİ-yə üzvlük hədəfləri ilə potensial ziddiyyətinə dərhal etiraz etməyiblər. Mənbə hesab edir ki, bu, Vaşinqtonun dəyişiklikləri müzakirə etməyə açıq ola biləcəyini göstərir.
Xatırladaq ki, tərəflər arasında 2025-ci ilin əvvəlindən müzakirə edilən mineral sövdələşmənin fevralın sonunda imzalanması nəzərdə tutulurdu – bunun ölkə Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş verəcəyi gözlənilirdi. Lakin jurnalistlərin qarşısında ABŞ Prezidenti Donald Tramp və ABŞ-nin vitse-prezidenti J.D.Venslə ictimai mübahisədən sonra Zelenski Ağ Evi erkən tərk edib.
Martın 19-da Tramp və Zelenski Ağ Evdəki mübahisədən sonra ilk dəfə telefonla şəxsən danışıblar. Martın 24-də Tramp Ukrayna ilə razılaşmaya dair razılığa gəldiyini və bunun tezliklə imzalanacağını bildirib.
Martın 27-də Ali Radanın deputatı Yaroslav Jeleznyak, sonra isə “Bloomberg” və “Financial Times” müqavilənin ilkin şərtlərini dərc ediblər. Sənəd layihəsində göstərilirdi ki, yeni saziş bütün ölkə ərazisində neft və qazı əhatə edəcək, saziş qeyri-müəyyən müddətə qüvvədə olacaq və ona dəyişikliklər yalnız Amerika tərəfinin razılığı ilə edilə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Mart 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see234

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see169

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri