Ukrayna, ABŞ və Rusiya arasında sülh danışıqları İrandakı vəziyyət səbəbindən təxirə salınıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyev, 5 mart, AZƏRTAC
Ukrayna, ABŞ və Rusiya arasında sülh danışıqlarının növbəti mərhələsi İrandakı müharibə səbəbindən təxirə salınıb. Eyni zamanda, Kiyev Rusiya ilə əsir mübadiləsi ilə bağlı müsbət xəbər gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Volodimir Zelenski mətbuata açıqlamasında məlumat verib.
Prezident qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə əlaqələri müzakirə edib və ABŞ ilə dialoq gündəlik olaraq davam edir.
“Hazırda İran ətrafındakı vəziyyətə görə üçtərəfli görüş üçün lazımi siqnallar yoxdur. Lakin təhlükəsizlik vəziyyəti və ümumi siyasi kontekst bu diplomatik işin davam etdirilməsinə imkan verdikdə, görüş həyata keçiriləcək. Ukrayna buna hazırdır”, – deyə Zelenski bildirib.
Prezident, həmçinin kəşfiyyat orqanları, Prezident Ofisi və digər müvafiq qurumların nümayəndələrinə əsir mübadiləsinin davam etdirilməsi istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib: “Biz bütün vətəndaşlarımızı Rusiya əsirliyindən evə qaytarmaq üçün çalışırıq və yaxşı xəbərlər ümid edirik”.
Ukrayna, ABŞ və Rusiya arasında növbəti danışıqların tarixi və yeri hələ müəyyən edilməyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Mart 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















