Icma.az
close
up
RU
“UKRAYNA AĞRILI GÜZƏŞTLƏRƏ GETMƏLİ OLACAQ” Tramp Kiyevdən nə istəyir?

“UKRAYNA AĞRILI GÜZƏŞTLƏRƏ GETMƏLİ OLACAQ” Tramp Kiyevdən nə istəyir?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2014-cü, hətta 2022-ci il sərhədlərindən söhbət gedə bilməz”

ABŞ Prezidenti Donald Trampın komandası Ukraynanın təkcə 2014-cü ilin deyil, hətta 2022-ci ilin sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna edir.

“AzPolitika” xəbər verir ki, bunu “Sky News” telekanalı Ciddədəki Amerika nümayəndə heyətinə aid mənbələrə istinadla bildirib.

Kanalın Ciddədəki müxbiri xəbər verir ki, ABŞ Kiyevin bugünkü danışıqlarda hansı güzəştlərə gedəcəyini görmək istəyir: “Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar, lakin ümid edirik ki, bu danışıqlar başa çatdıqdan sonra atəşkəsin hansı formada olacağını görüb başa düşəcəyik”.

Jurnalistin sözlərinə görə, ABŞ rəsmiləri Ukraynadan ölkə sərhədlərinin 2014-cü il (Rusiyanın Krımı ilhaq etməzdən əvvəl) və ya 2022-ci il (tam miqyaslı işğaldan əvvəl) mövqelərinə qaytarılması ilə bağlı hər hansı müraciəti “eşitmək belə istəmədiklərini” özəl olaraq bildiriblər.

“Ukrayna sülhə can atır və müharibəni dayandırmaq üçün danışıqlara hazırdır”.

Bunu isə Səudiyyə Ərəbistanında amerikalı həmkarları ilə danışıqlar zamanı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib. Onun sözlərinə görə, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanəti razılaşma əldə edildikdən sonra Rusiyanın yenidən hücuma keçməsinin qarşısını almaq üçün “çox vacibdir”.

Lakin o, Ukraynanın sülh razılaşmasına nail olmaq üçün hansı güzəştlərə getməyə hazır olduğunu söyləməkdən imtina edib.

“AzPoitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see185

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see138

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see136

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see135

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see134

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see133

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see130

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see129

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see129

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see128

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see126

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see126

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see126

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see126

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see126

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see125

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see124

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see124

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see117

“Bu, taleyin hədiyyəsidir...”

25 İyul 2025 20:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri