Icma.az
close
up
RU
Ukrayna aldadılacaq: Eyni səhvi ikinci dəfə təkrarlasa

Ukrayna aldadılacaq: Eyni səhvi ikinci dəfə təkrarlasa

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Kiyevin təhlükəsizlik zəmanəti məsələsi beynəlxalq gündəmə çıxıb.

Müzakirələrdə Ukraynaya müəyyən güzəştlər müqabilində yeni təhlükəsizlik təminatlarının verilməsi təklif olunur. Qeyd edək ki, 1994-cü ildə də Kiyev nüvə başlıqlarından imtina etməsi müqabilində Qərbdən təhlükəsizlik təminatı almışdı, lakin bu öhdəliklər sonradan pozulmuşdu. İndi isə Ukraynadan müəyyən güzəştlər qarşılığında yeni təhlükəsizlik zəmanətləri təklif olunduğu bildirilir.

İndi Ukrayna hansı addımı atmalıdır? Yeni təminatlar realdır, yoxsa əvvəlki kimi kağız üzərində qalacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Ukraynaya yeni təhlükəsizlik zəmanəti mövzusu əslində Qərbin Kiyevlə münasibətlərində təkrar olunan bir ssenaridir. 

Onun sözlərinə görə, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukraynaya beynəlxalq təminatlar versə də, Rusiya işğalı fonunda bu sənədin heç bir hüquqi çəkisi qalmadı:

“İndi isə yenidən “təhlükəsizlik zəmanəti” anlayışı gündəmə gətirilir, lakin bu dəfə şərtlərin fərqli olacağı gözlənilir. Qərb faktiki olaraq Ukraynanı müəyyən güzəştlərə məcbur etməklə qarşılığında kağız üzərində təminatlar vermək niyyətindədir. Əslində isə Kiyevin ən böyük dərsi heç bir yazılı öhdəliyin real güc balansı olmadan təminat vermədiyi gerçəkliyidir.

Bu səbəbdən Ukrayna güzəştə getmədən öncə sual verməlidir ki, Qərb real hərbi müdafiə mexanizmi təmin edəcəkmi? NATO-ya tam üzvlük alternativi olmayan zəmanətlər sadəcə siyasi bəyanat kimi qalacaq. Ukrayna üçün ən ağıllı yol  şərtləri çox sərt qoymaq və boş vədlərlə kifayətlənməməkdir. Əks halda, Kiyev eyni səhvi ikinci dəfə təkrarlaya bilər. Hər hansı sənəd yalnız hüquqi mexanizmlərlə, icra mexanizmləri ilə və konkret sanksiya rejimi ilə təmin olunmalıdır. Əks halda, bu yeni zəmanət Rusiyanın növbəti təcavüzünü dayandırmayacaq”.

Politoloq qeyd edib ki, ABŞ-də keçiriləcək seçkilər və Avropada populist qüvvələrin güclənməsi verilən öhdəliklərin sabitliyinə ciddi şübhələr yaradır:

“Kiyev həm də Qərbin daxili siyasi durumunu nəzərə almalıdır. ABŞ-də seçkilər, Avropada populistlərin güclənməsi bu öhdəliklərin sabitliyinə şübhə yaradır. Ukraynanın atacağı ən düzgün addım müstəqil müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, kollektiv təhlükəsizlik mexanizminə real üzvlük tələb etməkdir. Bu, NATO və ya yeni Avropa təhlükəsizlik alyansı ola bilər. Əgər Ukrayna bu mərhələdə yalnız kağız üzərində zəmanət alarsa, gələcəkdə yenidən aldadılmaq ehtimalı çox yüksəkdir. Ona görə Kiyev güzəşt məsələsində tələsməməli, real mexanizmlər olmadan heç bir sənədə imza atmamalıdır. Nəticə olaraq, Ukrayna yalnız və yalnız praktik, icra olunan, konkret hərbi-siyasi mexanizmlərlə təmin olunmuş zəmanəti qəbul etməlidir, əks halda 1994-cü ilin faciəsi bir daha təkrarlana bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri