Ukrayna Ali Radası Zelenskiyə get deyir?
Icma.az, Hurriyyet-ə istinadən bildirir Ukrayna Ali Radası Zelenskiyə get deyir?.
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Ali Radası Prezident Vladimir Zelenskinin səlahiyyət müddətinin uzadılmasını dəstəkləməyib.
Yeni dövlət başçısının vəzifəyə keçməsinə qədər Zelenskinin səlahiyyət müddətinin uzadılması ilə bağlı sənədin lehinə 218 nəfər səs verib, lakin yetərsay üçün sənədin lehinə 226 nəfərin lehinə səs verməsi lazımdır.
Səsvermə Avropa Komissiyasının təmsilçilərinin iştirakı ilə keçirilib. Lakin onların iştirakı nəticəyə təsir göstərməyib.
V.Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb, 2924-cü il mayın 20-də onun səlahiyyət müddəti başa çatmalı idi. Lakin ölkədə ölkədəki hərbi vəziyyətlə əlaqədar Ukrayna hökuməti yeni seçkilər keçirməmişdi. 2023-cü ilin noyabrında Ukrayna Ali Radasının deputatları müharibə dövründə seçkilərin keçirilməsinin yolverilməzliyi haqqında bəyannamə imzalayıblar. Bu addımın səbəbinin ölkəni və milləti parçalamamaq məqsədi daşıdığı bəyan edilib.
2024-cü il martın 31-də Ukraynada prezident seçkisi keçirilməli idi. Lakin V.Zelenski seçkilər üçün uyğun vaxt olmadığını bildirərək seçki kampaniyasını ləğv etmişdi.
ABŞ Prezidenti Donald Tramp ötən həftə verdiyi açıqlamalarda Ukraynada seçkilərin keşirilməsinin zəruri olduğunu, seçkilərin vaxtının çatdığını bəyan etmiş, hətta vəzifədən getmədiyi üçün Zelenskini "diktator" adlandırmışdı. ABŞ mətbuatı isə Vaşinqtonun Zelenskiyə hakimiyyəti tərk edib, Fransaya getməyi tövsiyə etdiyini yazıb.
Hürr Tərcüman

