Ukrayna Ali Radasında kütləvi zəhərlənmə
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Ali Radasında deputatların kütləvi zəhərlənməsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Strana" nəşri parlament üzvü Yaroslav Jeleznyaka istinadən məlumat yayıb.
Deputat ehtimal edib ki, kütləvi zəhərlənmə parlamentin yeməkxanasında qidalanma sonrası baş verib.
Nəşr qeyd edib ki, son vaxtlar Ukraynada rotavirus infeksiyası yayılıb.
Yerli mətbuatın yazdığına görə, özünü yaxşı hiss etməyən deputatların heç də hamısı yeməkxanada qida qəbul etməyib.
Radada təmsil olunan "Xalqın xidmətçisi" hökumət fraksiyasının deputatlarından biri Ukrayna parlamentində kütləvi zəhərlənmə baş verdiyini təsdiqləyib.
Adı açıqlanmayan deputatın sözlərinə görə, təkcə onun təmsil olunduğu fraksiyadan onlarla insan zəhərlənib.
Onun dediyinə görə, simptomlar arasında 40 dərəcəyə yaxın hərarət, həmçinin ishal və qusma var. Deputat digər parlament fraksiyalarındakı həmkarlarının vəziyyətindən xəbərsiz olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 12 Fevral 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















