Icma.az
close
up
RU
Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüş olub

Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüş olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Milli Məclisin sədr müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin sədr müavini ölkələrimizin müstəqilliklərinin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb, dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. Rafael Hüseynov Azərbaycan-Ukrayna münasibətlərinin tarixi kökləri, xalqlarımız arasında dostluq münasibətləri, mədəni, mənəvi bağların əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda parlamentlər səviyyəsində əməkdaşlığından məmnunluq ifadə olunub. Bildirilib ki, həm Azərbaycan, həm də Ukrayna qanunverici orqanlarında qarşılıqlı parlamentlərarası dostluq qrupları uğurla fəaliyyət göstərir.

Səmimi sözlər üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun rəhbəri Volodimir Kreydenko ölkəsinə göstərilən humanitar dəstəyə və Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirib.

Söhbət zamanı mədəniyyət və digər sahələrdə də əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, indiyədək Azərbaycan və Ukrayna arasında imzalanmış çoxsaylı sənədlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iştirak edən Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Həmçinin Azərbaycan və Ukrayna parlamentlərarası əlaqələr üzrə qarşılıqlı işçi qrupları arasında görüş olub.

Görüşdə Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə parlamentlərimiz arasında əlaqələrin inkişafı, informasiya texnologiyaları, aqrar və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin vacibliyindən danışıb. O, tezliklə Ukrayna xalqının firavan günlərə qovuşacağına inamını ifadə edib.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Asim Mollazadə və Erkin Qədirli Azərbaycan - Ukrayna münasibətlərinə dair fikirlərini bölüşüblər.

Söhbət zamanı Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun rəhbəri Volodimir Kreydenko parlamentlərimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb. O, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar dəstəyə və ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü ifadə edib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.

Görüşdə Milli Məclisin deputatları Kamran Bayramov, Müşfiq Cəfərov, ukraynalı deputatlar, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri