Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov Berlində almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukrayna kəşfiyyat məlumatlarına çıxışın necə məhdudlaşdırılacağı ilə bağlı ABŞ-dən hələ heç bir məlumat almayıb. “Bununla belə, artıq alternativ mənbələr üzərində iş gedir”, - Umerov söyləyib.
“Kəşfiyyat məlumatlarının paylaşılmasının necə məhdudlaşdırılacağı ilə bağlı hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik və ehtiyac yaransa, Almaniyadan da daxil olmaqla, bu məlumatları alacağıq”, - o deyib.
Qeyd edək ki, martın 5-də KİV-də Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması barədə məlumat yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Mart 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















