Ukrayna Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır Zelenski
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Avropa İttifaqına (Aİ) heç bir məhdudiyyətsiz tamhüquqlu üzv olmalıdır.
Redaktor.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Genişlənmə məsələləri üzrə Avropa Sammitinin iştirakçılarına müraciətində bildirib.
"Fikrimcə, Ukraynaya bərabər ölkə kimi yanaşmaq çox vacibdir. Əgər Avropa İttifaqına üzvlükdən danışırıqsa, bu üzvlük tamhüquqlu olmalıdır. Məncə, bu çox önəmlidir ki, bir masa arxasında ölkələr bərabər şəkildə əyləşsinlər – ərazi ölçüsündən və əhalisinin sayından asılı olmayaraq", – deyə o qeyd edib.
Zelenski vurğulayıb ki, Aİ-yə üzvlük məsələsində bütün ölkələrin ortaq dəyərləri bölüşməsi vacibdir: "Məncə, Aİ-də yarımüzvlük və ya qismən üzvlük ola bilməz".
Bundan əvvəl Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Aİ-nin yeni üzv dövlətləri üçün bir neçə illik "sınaq müddəti" təyin edilə bilər və demokratik prinsiplərdən uzaqlaşdıqları təqdirdə, onlar xaric edilə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Noyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















