Icma.az
close
up
RU
Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir Politoloq

Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir Politoloq

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın Ukrayna ilə diplomatik münasibətlərinə dair sosial şəbəkədə paylaşım edib.

Modern.az xəbər verir ki, politoloq mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında keçirilən görüşün önəmini xüsusi qeyd edib.

Elxan Şahinoğlu bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını Prezident İlham Əliyevə çatdıran Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi daimi və prinsipial dəstəyə görə təşəkkürünü ifadə edib. Politoloqun fikrincə, Ukrayna tərəfinin bu dəstəyi yüksək qiymətləndirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xəbər verir.

Elxan Şahinoğlu xatırladıb ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə olan dəstəyini açıq şəkildə ifadə edib. Prezidentin “Atəşkəs heç zaman müharibəni dayandırmır” fikri və sülhməramlıların təmas xəttində yerləşdirilməsinə dair ehtiyatlı yanaşması politoloqun diqqət çəkdiyi digər məqamlardandır.

Politoloq əlavə edib ki, İlham Əliyevin Rusiya-Ukrayna münaqişəsinə dair balanslı, lakin prinsipial mövqeyi beynəlxalq aləmdə də diqqətlə izlənir. Bu da Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini strateji şəkildə tənzimləmək bacarığını nümayiş etdirir.

Paylaşımda qeyd olunub ki, Ukrayna tərəfi Azərbaycanın göstərdiyi humanitar yardımları, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələri yüksək qiymətləndirir. Elxan Şahinoğlu bu kontekstdə Azərbaycan Prezidentinin humanitar dəstəyin davam etdiriləcəyinə dair açıqlamasını da mühüm mesaj kimi dəyərləndirib.

Sonda Elxan Şahinoğlu bildirib ki, iyul ayında Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın iştirakı Kiyev-Bakı münasibətlərində yeni səhifə aça bilər. Onun fikrincə, müharibədən sonrakı yenidənqurma prosesində Azərbaycanın iştirakı həm humanitar, həm də iqtisadi baxımdan önəmli rol oynaya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri