Icma.az
close
up
RU
Ukrayna baza valyuta kimi dollardan avroya keçid imkanını nəzərdən keçirir

Ukrayna baza valyuta kimi dollardan avroya keçid imkanını nəzərdən keçirir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna ABŞ dollarını qrivnanın baza valyutası kimi avro ilə əvəz etmək imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) sədri Andriy Pışnı “Reuters”ə şərhində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına potensial üzvlük, “müdafiə qabiliyyətimizin təmin edilməsində Aİ-nin rolunun güclənməsi, dünya bazarlarında daha böyük volatillik və qlobal ticarətin fraqmentasiyası ehtimalı” UMB-ni avronun dollar əvəzinə Ukrayna qrivnası üçün baza valyutası olub-olmamasını yenidən nəzərdən keçirməyə məcbur edir.

O qeyd edib ki, ABŞ dolları ilə əməliyyatlar Ukraynanın valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil etməyə davam edir, lakin avroda denominə edilmiş əməliyyatların payı əksər seqmentlərdə artır, hərçənd “hələlik mülayim şəkildə”.

Avropa ilə daha sıx əlaqələr və iqtisadiyyatın normallaşması sayəsində investisiya və istehlak fəallığının canlanması növbəti iki il ərzində iqtisadi artımın bir qədər yüksələrək 3,7-3,9 %-ə çatmasına kömək edəcəyini deyən Pışnı, bununla belə, iqtisadi trayektoriyanın çox cəhətdən döyüş əməliyyatlarının inkişafından asılı olduğunu əlavə edib.

“Müharibənin tez bir zamanda başa çatması, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini əhatə edərsə, şübhəsiz ki, yaxşı iqtisadi nəticələri olan müsbət ssenari olardı. Bununla belə, müharibənin başa çatmasından iqtisadi faydaların tam reallaşdırılması üçün vaxt tələb olunacağını qəbul etmək vacibdir”, – UMB sədri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri