Icma.az
close
up
RU
Ukrayna bizə kobud münasibət göstərir Kobaxidze

Ukrayna bizə kobud münasibət göstərir Kobaxidze

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna hakimiyyətinin Gürcüstana qarşı kobud münasibəti narahatedicidir.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir deyib ki, ötən həftə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki Ukrayna vətəndaşının külli miqdarda “heksogen” partlayıcı maddə ilə saxlanması barədə məlumat yayıb.

DTX-nin məlumatına görə, həmin maddənin son çatdırılma məntəqəsi Tiflisdəki ev olub və partlayıcı maddələr Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılanlara təhvil verilib. Onun sözlərinə görə, media partlayıcıların oktyabrın 4-də keçirilən etiraz aksiyasında istifadə edilməsinin planlaşdırıldığını iddia edir.

“Ukrayna hakimiyyətinin ölkəmizə qarşı belə kobud münasibət sərgiləməsi çox təəssüf doğurur. Qalan təfərrüatları Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. İşdə iştirak edən konkret şəxs, saxlanılan şəxs birbaşa Ukraynanın Təhlükəsizlik Xidmətindən tapşırıq aldığını bildirib. Bu maddənin son təyinat məntəqəsinin Tbilisi olduğu bilinəndə, bu işin arxasında hansı niyyətlərin dayandığı ilə bağlı suallar doğur”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Ukraynadan gələn partlayıcılar Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə Gürcüstana çatdırılıb. Gürcüstan DTX ölkə ərazisində həm avtomobilin sürücüsünü, həm də əlaqə saxladığı şəxsi saxlayıb. Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən 8 ədəd mobil telefon, 1 ədəd kompüter, elektron daşıyıcı, külli miqdarda nağd pul, müxtəlif ölkələrdən SİM kartlar, kokain aşkar edilib.

“Partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması” və “Narkotik vasitələrin qanunsuz dövriyyəsi” maddələri üzrə araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri