Ukrayna Braynsk və Taqanroq şəhərlərinə raket zərbəsi endirib
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna ordusu raket və PUA ilə Rusiyanın bir sıra bölgələrinə hücum edib.
Azpost.info bildirir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayətində bir gecədə 14 Ukrayna PUA-sı məhv edilib,.
Gecə Bryansk üzərində silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiə sistemi 10 təyyarə tipli PUA-nı vurub. İstehsalat müəssisəsində yanğın baş verib. Qubernator Boqomaz bildirib ki, yanğın artıq söndürülüb. Ölənlər barədə məlumat yoxdur.
Taqanroq səhəri saat 4:20 radələrində Ukrayna Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb Yerli sakinlər SHOT-a bildiriblər ki, şəhər üzərində ən azı 10 partlayış səsi eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.
Sənaye müəssisəsinə ziyan dəyib, dayanacaqda olan 14 avtomobil yanıb. Zərərçəkən ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bir kilometr radiusda ərazinin tədqiqi aparılacaq. Ölənlər barədə məlumat yoxdur. Tsiolkovski küçəsindəki qazanxanaya ziyan dəyib. Hazırda 27 yaşayış binasında istilik yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















