Icma.az
close
up
RU
Ukrayna Brüsseldəki danışıqları pozmaqda ittiham olunur

Ukrayna Brüsseldəki danışıqları pozmaqda ittiham olunur

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ukrayna və Slovakiyanın energetika nazirləri yanvarın 7-də Brüsseldə Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitinə dair sazişin başa çatmasının nəticələrini müzakirə etməli olsalar da, görüş ləğv edilib.
Reyting.az
-ın xəbərinə görə, Slovakiya hökuməti Kiyevin bu danışıqları pozduğunu açıqlasa da, Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov əmin edib ki, bu, doğru deyil.
Qeyd olunur ki, Brüsselin vasitəçiliyi ilə keçiriləcək sessiyaya bir neçə saat qalmış Robert Fikonun başçılıq etdiyi hökumət Ukrayna tərəfinin müzakirələrdən çəkildiyini iddia edib.
“Ukrayna tərəfinin iştirak etməyəcəyinə görə Avropa Komissiyası iclası ləğv etmək qərarına gəlib”, - Slovakiya hökuməti bildirib.
Bu arada, Ukraynanın Aİ-dəki səfiri Vsevolod Çentsov iddia edir ki, bu bəyanatlar həqiqətə uyğun deyil və görüş əslində Kiyevin təşəbbüsü ilə Fikonun şəbəkəyə elektrik enerjisinin verilişini kəsə biləcəyi ilə bağlı xəbərdarlıqlarını müzakirə etmək üçün keçirilib.
“Ukrayna qaz tranziti ilə bağlı danışıqlardan daha çox, Fikonun tədarükü dayandırmaqla hədələməsi səbəbindən elektrik enerjisi tədarükü üçün erkən xəbərdarlıq mexanizmini işə salıb”, - Çentsov bildirib.
Onun sözlərinə görə, Ukraynanın energetika naziri German Qaluşenko Brüsseldəki görüşdə iştirak etməyi planlaşdırsa da, “energetika sektorunda yaranmış çətin vəziyyətə görə” evdə qalmağa məcbur olub. Səfir əlavə edib ki, Ukrayna tərəfi onlayn görüşün keçirilməsi təklifi ilə çıxış edib, lakin Komissiyanın nümayəndələri onun başqa tarixə keçirilməsi təklifini irəli sürüblər.
“Komissiya bütün maraqlı tərəflərlə tranzit müqavilələrinin ləğvinin nəticələrini izləməyə və müzakirə etməyə hazır idi”,- deyə Aİ nümayəmdəsi qeyd edib.
Eyni zamanda, “Röyter” agentliyi Slovakiya hökumət ofisinə istinadla bildirib ki, Slovakiyanın baş naziri Fiko yanvarın 9-da Brüsseldə Avropa Komissiyasının nümayəndələri ilə Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasını müzakirə edəcək.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Yanvar 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri