Icma.az
close
up
RU
UKRAYNA BU GÜN ABŞ yə YENİ SƏNƏD TƏQDİM EDƏCƏK “Sürətli razılaşma real görünmür...”

UKRAYNA BU GÜN ABŞ yə YENİ SƏNƏD TƏQDİM EDƏCƏK “Sürətli razılaşma real görünmür...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya və Ukrayna arasında ABŞ, Avropa İttifaqının iştirakı ilə aparılan sülh təşəbbüslərinin razılaşdırılması “ciddi hərbi dəyişikliklər baş vermədiyi halda həftələr və ya aylar çəkə bilər”.

“AzPolitika” bildirir ki, bu barədə “The Wall Street Journal” nəşrinə adlarının açıqlanmasını istəməyən Avropa rəsmiləri məlumat verib.

Mənbələrdən biri bildirib ki, Vaşinqton sürətli nəticə görmək istəyir, lakin müzakirə olunan məsələlərin mürəkkəbliyi buna mane olur: “Amerikalıların tez nəticə istədiyini bilirik. Amma mövzular o qədər çətindir ki, sürətli razılaşma real görünmür”.

WSJ-nin ABŞ administrasiyasındakı mənbələri isə Trampın Ukraynanı “əlverişsiz sülhə” məcbur etməsi barədə iddiaları qəti şəkildə təkzib edib. Trampın komandasında olan rəsmilər bildiriblər ki, məqsəd hər iki tərəf üçün qəbul edilə bilən, Ukraynanın suverenliyini qoruyan və uzunmüddətli təhlükəsizliyini təmin edən sazişdir. Bununla belə, mənbələr danışıqlarda hələ də bir sıra çox həssas məsələlərin açıq qaldığını təsdiqləyib:

Ukraynanın Rusiyaya hansısa əraziləri verməsi ehtimalı;

Ukraynanın NATO-ya üzvlüyü;

Dondurulmuş Rusiya aktivlərindən istifadə;

Rusiyanın gələcəkdə müharibəni yenidən başlamayacağına dair təminatlar.

“The Washington Post” isə ABŞ, Aİ və Ukraynadan olan mənbələrə istinadən yazır ki, müzakirə olunan paketdə Kiyevi razı salmaq üçün bir neçə təşviq variantı var. Onlar arasında:

Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi;

Təmas xətti boyunca geniş demilitarizasiya zonası yaradılması;

Dondurulmuş Rusiya aktivlərindən azı 100 milyard dolların Ukraynanın bərpasına yönəldilməsi.

Eyni zamanda, ərazi məsələsinin həlli üçün “Koreya ssenarisi” də gündəmdədir – yəni Rusiya tərəfindən işğal edilmiş ərazilərin statusunun rəsmən müəyyən edilməməsi, lakin faktiki olaraq Moskvadan idarə olunmağa davam etməsi.

CNN yazır ki, Avropada Tramp administrasiyasının sonda Ukraynanı və Aİ-ni sülh prosesini “pozmaqda” ittiham edəcəyindən və vasitəçilikdən tam imtina edə biləcəyindən ciddi narahatlıq var. Tramp isə “Politico”ya müsahibəsində bu iddiaları “tam doğru olmayan” kimi dəyərləndirib. O, eyni zamanda Zelenskini ABŞ-nin sülh təşəbbüsünü qəbul etməyə çağırıb və Rusiyanın hazırda cəbhədə üstünlükdə olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə onlayn görüşündə bildirib ki, yaxın saatlarda ABŞ tərəfinə Kiyev və Avropa nümayəndələri arasında razılaşdırılmış yeni sülh təklifləri təqdim ediləcək. Onun sözlərinə görə, danışıqlar çərçivəsində üç əsas sənəd hazırlanır: Sülh planı, təhlükəsizlik zəmanətləri haqqında sənəd, Ukraynanın bərpası üzrə sənəd.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Federasiya Şurasındakı çıxışında təsdiqləyib ki, Moskvanın ABŞ ilə sülh təşəbbüsü üzrə müzakirələri davam etdirmək barədə razılığı var.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri