Icma.az
close
up
RU
Ukrayna cəbhədə üstünlüyü artırır, lakin bu hələ Putini geri çəkilməyə məcbur etmir

Ukrayna cəbhədə üstünlüyü artırır, lakin bu hələ Putini geri çəkilməyə məcbur etmir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə son aylarda vəziyyətin Moskva üçün daha mürəkkəb xarakter aldığı bildirilir.

Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal" nəşrinin təhlilinə görə, Ukrayna ordusu taktiki və texnoloji baxımdan müəyyən üstünlük əldə etməyə başlayıb. Bununla belə, ekspertlər hesab edirlər ki, hazırkı vəziyyət hələ müharibənin dönüş nöqtəsinə çevrilməyib və Kreml geri çəkilməyə hazır görünmür.

Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri son aylarda pilotsuz uçuş aparatlarından istifadədə və müdafiə taktikalarında əhəmiyyətli irəliləyiş əldə edib. Xüsusilə orta mənzilli dronların effektiv tətbiqi Rusiyanın cəbhə arxasındakı logistika sistemlərinə, komanda məntəqələrinə və hava hücumundan müdafiə vasitələrinə ciddi zərbələr endirməyə imkan verir. “Hornet” və “FP-2” kimi pilotsuz aparatların istifadəsi nəticəsində Rusiya ordusunun ön xəttdəki əməliyyatları çətinləşib.

Hərbi analitik Franz-Stefan Gady bildirib ki, Ukrayna gözləniləndən daha güclü mövqedə olsa da, müharibə daim dəyişən prosesdir və Rusiya da yeni şəraitə uyğunlaşmağa çalışır. Onun sözlərinə görə, yaxın həftələr cəbhədəki vəziyyətin necə dəyişəcəyini müəyyənləşdirəcək.

Məlumata görə, Rusiyanın 2026-cı ildə cəbhədəki irəliləyişi son iki ilin ən zəif göstəricisi hesab olunur. Analitiklərin hesablamalarına əsasən, Rusiya ordusu hər ay on minlərlə itki verir. Eyni zamanda Ukrayna qüvvələri ötən il Rusiyanın geniş istifadə etdiyi “gizli irəlliləmək” taktikasına qarşı daha effektiv mübarizə aparmağa başlayıb. Ukraynalı hərbçilər pilotsuz aparatların və xüsusi mobil qrupların köməyi ilə mövqelərdən gizli keçməyə çalışan rus əsgərlərini aşkar edib zərərsizləşdirirlər.

Bununla yanaşı, Ukraynanın əsas problemlərindən biri insan resurslarının çatışmazlığı olaraq qalır. Bu səbəbdən Ukrayna ordusu lokal uğurlar əldə etsə də, genişmiqyaslı əks-hücum imkanları məhdud hesab olunur. Lakin ekspertlər qeyd edirlər ki, 2025-ci ildən fərqli olaraq, hazırda cəbhənin bəzi hissələrində təşəbbüs artıq yalnız Rusiyanın əlində deyil.

Nəşr yazır ki, Rusiyada da müharibənin iqtisadi yükü hiss olunmağa başlayıb. Yüksək müqavilə bonusları hesabına yeni hərbçilərin cəlb edilməsi dövlət büdcəsinə ciddi təzyiq yaradır. Bununla belə, artan neft qiymətləri Moskvanın gəlirlərini qismən artıraraq bu təzyiqi müəyyən qədər yumşaldıb.

Alexander Gabuev hesab edir ki, Kreml hələ də Ukraynanın sonda zəifləyəcəyinə inanır. Onun fikrincə, məhz bu səbəbdən Vladimir Putin hazırda müharibə məqsədlərindən geri çəkilməyə meylli görünmür.

Nəşr qeyd edir ki, bəzi Qərb analitikləri yaxın dövrdə atəşkəs ehtimalını istisna etməsələr də, hazırkı mərhələdə müharibənin yaxın zamanda tam başa çatacağına dair aydın əlamətlər müşahidə olunmur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 May 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri