Ukrayna Çernobılda nüvə reaktorları qurmağı planlaşdırır
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
...Ukraynanın İstisna Zonalarının İdarə Edilməsi üzrə Dövlət Agentliyi Çernobılda nüvə reaktorlarının quraşdırılması imkanlarını nəzərdən keçirir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RT öz Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, reaktorların təcrid zonasındakı torpaq sahələrində yerləşdirilməsi planlaşdırılır.
Departamentin aydınlaşdırdığı kimi, Kiyev ənənəvi deyil, kiçik modul reaktorların quraşdırılması imkanlarını nəzərdən keçirir.
Bu reaktorlara gücü 300 MVt-a qədər olan enerji blokları (ənənəvi nüvə reaktorlarının gücünün təxminən üçdə biri) daxildir. Eyni zamanda, onlar daha az yer tutur və quraşdırma yerinə asanlıqla nəql edilə bilər.
Əvvəllər Çernobıl zonasının bəzi əraziləri kənd təsərrüfatı fəaliyyəti üçün yararlı hesab olunurdu.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 May 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















