Icma.az
close
up
RU
Ukrayna diplomatik cəbhəni genişləndirir: Zelenskinin yeni diplomatik xətti...

Ukrayna diplomatik cəbhəni genişləndirir: Zelenskinin yeni diplomatik xətti...

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yaxın Şərqdə artan gərginlik fonunda Rusiya-Ukrayna müharibəsində dəyişən heç nə yoxdur. Rusiya işğal ərazisini genişləndirməyə, Ukrayna isə müqavimət gücünü artırmağa çalışır. Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmayıb. Kiyev ABŞ və Avropa istiqamətləriylə yanaşı Avrasiya qitəsini, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 4-də Türkiyəyə səfəri də bundan xəbər verir: "Ankarada iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Zelenskinin sözlərinə görə, hər iki ölkənin mütəxəssisləri təhlükəsizlik sahəsində əməkdaşlığın genişlədirilməsinin detallarını araşdıraracqlar. Bundan başqa iki ölkənin lideri qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə edilib. Volodimir Zelenskinin daha sonra Türkiyə Cumhurbaşqanının təyyarəsi ilə Suriyaya səfər etməsi də qiqqəti çəkib. Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub".

Politoloq vurğulayıb ki, Zelenski artıq təkcə Qərbin deyil, Mərkəzi Asiya ölkələrinin də dəstəyini qazanmağa çalışır: "Volodimir Zelenki Türkiyədə və Suriyada müzakirələr apararkən, onun komandasının digər üzvləri Avrasiya bölgəsinin digər ölkələrinə səfərlər ediblər. Misal üçün Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun (ölkəsinin Azərbaycandakı keçmiş səfiri) Qazaxıstana və Özbəkistana səfərini göstərmək olar. Mişenko bölgəni yaxşı tanıyır. O Ukraynanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrə əhəmiyyət verən diplomatlardandır. Oleksandr Mişenko Azərbaycanın Ukraynanın davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Ukraynalı diplomat Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır. “Biz Azərbaycanın Ukraynaya etdiyi yaxşılığı unutmayacağıq” - deyən Mişenko bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur".

Oleksandr Mişenko bu ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib. Kiyev Azərbaycanla yanaşı bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Yəni Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı, o cümlədən Ukrayna ilə siyasi və iqtisadi əlaqlərdən bəhrələnmək istəyirlər. İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub. Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdirlər. Ukraynanın həmçinin Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana da səfər edərək tərəfdaşları və müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar. Bu arada, Kiyevin Transxəzər marşrutuna marağı artıb. Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib.

Azərbaycan illərdir ukraynalı uşaqların reablitasiyasına dəstək verir, onlar üçün xüsusi proqramlar hazırlayır. Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidənqurulmasında iştirakı mümkündür.

Beləliklə, Aleksandr Mişşenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb. Bununla Kiyev Avrasiya bölgəsinin enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmədiyini göstərir".

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 Aprel 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri