Ukrayna Donetskdə daha bir qəsəbəni azad edib Rusiya əks hücumun qarşısını ala bilmir
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Dobropilya istiqamətində daha bir yaşayış məntəqəsini Rusiya işğalından azad edib.
Hurriyyet.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın bölmələrinin koordinasiyalı tədbirləri nəticəsində Pankovka qəsəbəsi və ona bitişik ərazilər düşməndən təmizlənib.
“Azov” Milli Qvardiya Qrupunun yaydığı məlumata görə, Rusiya Ukraynanın əks-hücumunun qarşısını almaq üşün əraziyə dörd piyada briqadası və bir dəniz alayı göndərsə də, buna nail ola bilməyib: “Ukrayna Müdafiə Qüvvələri düşmənin irəliləyişinin qarşısını almaq və müdafiənin sıçrayışının qarşısını almaq üçün hər cür səy göstərir”.
Qeyd edək ki, Pankovkanın işğal olunmasına dair məlumatı Rusiya Müdafiə Nazirliyi avqustun 20-də yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















