Ukrayna dronlarla Moskvanı vurdu İlin ən irimiqyaslı hücumu
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Gecə saatlarından etibarən Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) Moskvanı hədəf alan hücum cəhdi son bir neçə ilin ən irimiqyaslı hücumlarından biri olub.
Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin "Maks" platformasında dərc etdiyi məlumatlar əsasında apardığı hesablamalarda bildirilir.
Sobyaninin məlumatına görə, iyulun 19-u saat 20:30-dan etibarən Ukrayna ordusuna məxsus 400-dən çox pilotsuz uçuş aparatı Moskva bölgəsi istiqamətində hərəkət edib. Onların böyük hissəsi hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib, 85 dron isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, PUA hücumu nəticəsində Moskva vilayətində 1-i uşaq olmaqla, 10 nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 20 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















