Icma.az
close
up
RU
Ukrayna dünyada ən çox silah alan ölkədir Rusiyanın ixracı 64 faiz azalıb

Ukrayna dünyada ən çox silah alan ölkədir Rusiyanın ixracı 64 faiz azalıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

2020-2024-cü illərdə Ukrayna dünyada silahların ən böyük idxalçısına çevrilib. 2015-2019-cu illərlə müqayisədə onun idxalı 100 dəfəyədək artıb.

“AzPolitika” xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) martın 10-da açıqladığı hesabatda bildirir.

Sözügedən dövrlər üzrə Avropada silah idxalı 155 faiz artıb. Bu ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünə, ABŞ-nin xarici siyasəti ilə bağlı qeyri-müəyyənliyə belə reaksiya veriblər.

Birləşmiş Ştatlar qlobal silah ixracındakı payını 43 faizə yüksəldib, Rusiyanın ixracı 64 faiz azalıb. Dünyada silah transferinin həcmi dəyişməsə də, 2005-2009-cu illərdəkindən 18 faiz yüksəkdir.

2020-2024-cü illərdə öncəki beş illə müqayisədə 10 əsas silah ixracatçısı dəyişməyib. Qlobal silah ixracatının 7.8 faizinin aid olduğu Rusiya Fransadan (9.6 faiz) sonra üçüncü yerə keçib. İtaliya isə 4.8 faizlə 10-cu yerdən 6-cıya qalxıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan azı 35 ölkə Ukraynaya silah göndərib. Ukrayna 2020-24-cü illərdə dünyada silah idxalının 8.8 faizini qəbul edib. Ukraynaya silah, əsasən, ABŞ (45 faiz), Almaniya (12 faiz) və Polşadan (11 faiz) gedib.

"Silah transferlərinə dair yeni rəqəmlər Avropa ölkələri arasında Rusiyanın təhdidinə cavab olaraq yenidən silahlanmanı aşkar göstərir. Amma Səudiyyə Ərəbistanı, Hindistan və Çin kimi böyük silah idxalçılarının idxal həcmlərində müxtəlif səbəblərdən böyük düşüşlər baş verib", – bunu SIPRI-da Silah Transferləri Proqramının proqram direktoru Metyu Corc deyib.

NATO-nun üzvü olan Avropa ölkələrinin silah idxalı son beş ildə əvvəlki uyğun dövrlə müqayisədə iki dəfədən çox (+105 faiz) artıb. Bu silahların 64 faizini ABŞ təchiz edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri