Icma.az
close
up
RU
Ukrayna ərazisində növbəti dünya müharibəsinin işartıları görünür AÇIQLAMA

Ukrayna ərazisində növbəti dünya müharibəsinin işartıları görünür AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Rusiya və Ukrayna arasında müharibə davam edir. 

Bəs aparılan danışıqlar niyə nəticəsiz qalır? Niyə tərəflər arasında ən azı qısa müddətli atəşkəs belə əldə olunmur?

Politoloq Tofiq Abbasov Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya ilə Ukrayna münasibətlərində heç bir durulma prosesi baş vermir:

"Hazırda sadəcə Pokrovski, Krasnoarmeyski və onların ətrafında Ukraynanın hərbi dəstələri mühasirəyə düşüb. Bu səbəbdən rəsmi Moskva özünə məxsus bir gediş edərək beş-altı saatlıq atəşkəs elan edir və xarici, eləcə də Ukraynanın media mənsublarına həmin yerlərdə vəziyyətlə tanış olmağa imkan verir. Bu, özünə məxsus açar rolunu oynaya biləcək bir epizoddur. Bəzi hallarda ən ağır və mürəkkəb vəziyyətlərdə belə, kiçik bir gediş gözlənilmədən böyük perspektivlər aça bilər. Hələlik tərəflərin hədəfləri masa üzərində qalır. Rusiya irəliləyir və deyir ki, hələ danışıqlara getmir. Ukrayna isə bildirir ki, danışıqlara getməyəcək, çünki torpaqlarını qaytarmaq niyyətindədir və döyüşlərin gedişatında təşəbbüsü ələ keçirməyə çalışır. Güclər balansı Rusiyanın xeyrinədir. Burada əsas rol strateji resurslara, ölkənin müdafiə sisteminin hazırlığına, yeni texnologiyalarla silah istehsalına və strateji qazıntılara aiddir".

Siyasi şərhçinin sözlərinə görə, Ukraynanın demoqrafik imkanları məhduddur:

"Dünən küçələrdə hərbi patrullar cavan və orta yaşlı kişiləri tutaraq birbaşa ön xəttə aparıb. Zelenski bu barədə məlumatlı olsa da, bir taktika yürütmür ki, vəziyyət bir qədər səngisin və danışıqlar üçün münasib şərait yaransın. Müharibənin dayanmasını istəməyən əsas aktorlar Qərb, xüsusilə Avropa İttifaqı və Böyük Britaniyadır. Onlar yalnız vəd verirlər ki, Ukraynaya dəstək olacaqlar, silah vəsaiti təmin olunacaq. NATO proseslərə qarışır ki, bu, beynəlxalq hüquq baxımından düzgün deyil, çünki Ukrayna NATO üzvü deyil. NATO baş katibi Mark Rutte Vaşinqtonda Donald Trampla görüşündə “TOMAHAWK raketlərini bizə verin, biz ötürək Ukraynaya” demişdi. Bu, Qərb ölkələrinin Ukraynanın yerində mövqeyini gücləndirməyə çalışmasıdır. Vəziyyət son dərəcə kritikdir və müharibənin sonu hələ görünmür".

Tofiq Abbasovun fikrincə, ola bilsin ki, gözlənilmədən baş verən hadisələr tərəfləri anlamağa vadar etsin ki, daha kritik xətti keçmək olmaz.

"Hazırkı ehtimallar isə aşağı səviyyədədir. Həm Moskva, həm Vaşinqton nüvə silahlarının işlək vəziyyətə gətirilməsini vacib sayırlar ki, bu da dünya üçün təhlükəli perspektivlər açır. Proqnozlara görə, Ukrayna ərazisində növbəti dünya müharibəsinin işartıları görünür, çünki 50-dən artıq ölkə prosessdə yaxından iştirak edir. Paralellər birinci və ikinci dünya müharibələri ilə aparıldıqda, bu konfiqurasiya artıq müəyyən səviyyədə təşəkkül tapıb. Diplomatiya boş qalmamalıdır. Hələlik tərəflər arasında diplomatik potensial var ki, döyüşlərə müvəqqəti fasilə verilsin və danışıqlar başlasın. Bu, Ukrayna-Rusiya qarşıdurmasında bir pauza yaradaraq tərəflərin öz proseslərini təmin etməsi və sülh əldə etməsi üçün imkan açır", - deyə həmsöhbətimiz yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri