Icma.az
close
up
RU
Ukrayna ərazisindən daxil olub Polşaya düşən PUA kimindir? Detallar

Ukrayna ərazisindən daxil olub Polşaya düşən PUA kimindir? Detallar

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 20-nə keçən gecə Polşanın Lublin voyevodalığı ərazisində partlayan pilotsuz uçuş aparatının, böyük ehtimalla, Ukrayna ərazisindən daxil olduğu bildirilir. 

Qaynarinfo PAP-a istinadla xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartosevski deyib.

O qeyd edib ki, hazırda qarğıdalı sahəsinə düşən dronun qalıqları üzərində diqqətli analiz aparılır.

"Hələ rəsmi versiya yoxdur. Ancaq mənim eşitdiklərimə görə – bu rəsmi deyil, biz hesabatı gözləyirik – o, Ukrayna ərazisindən daxil olub, bu isə maraqlıdır, çünki ukraynalılar pilotsuz uçuş aparatları ilə mübarizəyə ən yaxşı hazırlaşmış ölkədir, çünki bununla gündəlik üz-üzə qalırlar”, deyə Bartosevski bildirib. Bununla belə, o əlavə edib ki, Polşa XİN-in rəyinə görə, bu, bütün Ukrayna ərazisini keçmiş rus pilotsuz aparatı olub. Daha əvvəl Polşa prokurorluğu ehtimal etmişdi ki, dron Belarus ərazisindən daxil ola bilər.

Polşa Müdafiə Nazirliyi və prokurorluğu araşdırmanı davam etdirir, bu hadisəni isə Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə - çoxsaylı şəxslər üçün təhlükəli vəziyyətin yaradılması və ya partlayış nəticəsində əhəmiyyətli maddi ziyan vurulması - təsnif ediblər.

Daha əvvəl UNİAN xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp hazırda yeni bir döyüş aparma formasının – dron müharibəsinin mövcud olduğunu bildirib. Ağ Evin rəhbəri qeyd edib ki, amerikalı mütəxəssislər Ukraynada pilotsuz aparatların döyüş istifadəsi təcrübəsini diqqətlə öyrənirlər. Eyni zamanda, Tramp etiraf edib ki, bu yeni müharibə forması olduqca qəddardır.

Həmçinin yazılmışdı ki, radioelektronika və rabitə sistemləri üzrə ekspert Sergey Beskrestnov (Fleş) Rusiya kəşfiyyat dronlarından birində əlavə videokamera aşkarlandığını bildirib. Ekspertin fikrincə, bu kamera rus pilotsuz aparatına ukraynalı müdaxilə vasitələrindən yayınmaq üçün lazım olub.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri