Icma.az
close
up
RU
Ukrayna gələn qış mövsümü üçün qaz tədarükünə 1 milyard avro axtarır

Ukrayna gələn qış mövsümü üçün qaz tədarükünə 1 milyard avro axtarır

Icma.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 21 aprel, AZƏRTAC

Ukraynanın “Naftoqaz” Milli Səhmdar Cəmiyyəti (MSC) gələn qışa hazırlıq üzərində iş aparır. Hazırda bu şirkətə qaz tədarük etmək üçün çoxlu maliyyə vəsaiti lazımdır.

AZƏRTAC bu barədə “Naftoqaz”ın mətbuat xidmətinə istinadla məlumat verir.

Şirkətin rəhbəri vəzifəsini icra edən Roman Çumakın sözlərinə görə, “Naftoqaz” Ukrayna hökuməti və beynəlxalq maliyyə institutları ilə 2 milyard kubmetrdən çox qazın tədarükü üçün 1 milyard avro məbləğində maliyyə cəlb etmək üçün danışıqlar aparır.

O bildirib ki, rəhbərlik etdiyi şirkət birinci rüb ərzində AYİB və Norveçdən təxminən 430 milyon avro cəlb edə bilib ki, bu da yaxın vaxtlarda 1 milyard kubmetr həcmində idxal olunan təbii qazın alınmasına sərf olunacaq. Çumak əlavə edib: “İlin əvvəlindən 1,5 milyard kubmetr qaz üçün müqavilə bağlanılıb, bu həcmin 800 milyon kubmetri həmin vaxt təcili olaraq idxal edilib, 400 milyon kubmetr isə gələn qışa hazırlıq üçün Ukraynaya təhvil veriləcək. “Naftoqaz” daha 300 milyon kubmetr qazı isə ORLEN şirkətindən alıb.

R.Çumak qeyd edib ki, növbəti qışa hazırlıq asan olmayacaq; hökumətin bütün strukturlarından komanda işi və beynəlxalq tərəfdaşların cəlb edilməsi tələb olunacaq. O sözlərini yekunlaşdırıb: “Ötən istilik mövsümündə “Naftoqaz” qrupu mümkün olmayanı da etdi - bütün çətinliklərə rəğmən istilik mövsümünü qoruyub saxladı. Gələn qış mövsümündə isə bundan daha çox iş görməliyik”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see184

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see141

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see138

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri