Ukrayna geri addım atmağa hazırdır: Zelenski şərtini açıqladı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Rusiya neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa hazırdır. Bunun müqabilində Kiyev Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını istəyir.
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.
Zelenski qeyd edib ki, Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı marşrutları Rusiya üçün hədəf olmamalıdır. Onun sözlərinə görə, bu halda Kiyev də müvafiq deeskalasiya addımları atmağa hazırdır.
Bu bəyanat Zelenskinin ABŞ Prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşü ərəfəsində səslənib. Tərəflərin sentyabrın 20-də telefon danışığı zamanı görüş barədə razılığa gəldikləri bildirilir.
Dünya Zelenski Trampla görüşünü anons etdi
Məlumata görə, daha əvvəl Tramp Zelenski ilə telefon danışığında Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasını istəyib. Məlumata əsasən, ABŞ prezidenti bu hücumların qlobal dizel yanacağının qiymətlərinə təsir etdiyini bildirib.
Öz növbəsində, Moskva Ukraynanın enerji obyektlərinə zərbələr endirdiyini və Rusiyanın buna cavab verdiyini bildirir. Bu, Rusiya tərəfinin mövqeyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 21 Sentyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















