Icma.az
close
up
RU
Ukrayna göz yaşında boğulur: Kiyev üçün yaxşı sonluq gözlənilmir

Ukrayna göz yaşında boğulur: Kiyev üçün yaxşı sonluq gözlənilmir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Trampın açıqlamaları, artıq “Kollektiv Qərb” anlayışının olmadığını və ya süqut etdiyini göstərir


Ukrayna taleyin ümidinə buraxılıb. Buna səbəb isə ABŞ-nin yeni administrasiyası ilə Avropa Birliyi arasındakı gərginlikdir. Şübhəsiz ki, Ukraynanın yaşadığı gərginlikdə əvvəlki ABŞ administrasiyasının yarıtmaz siyasəti az rol oynamayıb. İndiki ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidentinin çıxışı bütün Qərb dünya və elita üçün “soyuq duş” oldu. Görünən odur ki, ABŞ və Avropa İttifaqının strateji hədəfləri artıq ayrılıb. On ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Moskva az qala qalib tərəf kimi göstərilir. Artıq XİN rəhbərləri səviyyəsində görüşlər baş tutub və gələcəkdə də bu proses prezidentlər səviyyəsində davam etdiriləcək. Mülahizələrə görə, Tramp-Putin sövdələşməsi növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər inkişaf da edə bilər. Ağ Evin Kremllə məxfi təmasların nəticələrindən hələlik məmnun olduğu da müşahidə olunur. Ukrayna Prezidenti Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etməsi Ağ Ev sahibini ciddi şəkildə qəzəbləndirib. Çünki Prezident Volodimir Zelenski Türkiyənin də dəstəyini arxasına alaraq, Ukrayna üçün təhlükəli anlaşmanı rədd edirsə, bu, Tramp planının pozulmasına səbəb ola bilər. Və bu səbəbdən də, Ağ Ev sahibi Ukrayna prezidentinə qarşı şantaj xarakterli sərt ittihamlar irəli sürür. ABŞ və Avropa İttifaqı arasında qarşıdurmanın durmadan artması, Donald Trampın açıqlamaları, artıq “Kollektiv Qərb” anlayışının olmadığını və ya süqut etdiyini göstərir. Artıq qlobal media Rusiya-Ukrayna savaşından daha çox ABŞ-Avropa qarşıdurmasını müzakirə edir. Hadisələrin təhlili deməyə əsas verir ki, Yeni Dünya Nizamında parçalanmış Şimali Atlantika bloku arasındakı rəqabət həlledici olacaq. NATO-nun beyin ölümü keçirdiyini, Avropa ordusu qurulmasının zəruriliyini Fransa Prezidenti Emmanuel Makron hələ Ukrayna savaşı başlamadan öncə dilə gətirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında bu fikirləri yenidən gündəmə gətirdi. Avropanın təhlükəsizliyinin Avropa tərəfindən təmin edilməsi fikri ona görə aktuallaşdı ki, bir çox strateqlər ABŞ-nin, günün birində oyun qaydalarını dəyişəcəyini hesablamışdırlar. Elə dünən Almaniyanın məhşur “Bild” qəzeti ABŞ və Rusiya arasında Əl-Riyadda baş tutan görüşdə Amerika qoşunlarının 1990-cı ildən sonra NATO-ya üzv olan ölkələrin ərazisindən çıxarılmasının mümkünlüyü barədə müzakirələrin aparıldığını yazdı. Donald Trampın Ukraynaya qarşı sərt tutumu, ölkənin 500 milyard dollar dəyərində qiymətləndirilən zəngin yeraltı minerallarına çökmək niyyəti Avro-Atlantik məkanı heç də yaxşı günlərin gözləmədiyinin işarəsi sayıla bilər. Qərbin öz qurduğu oyun öz başında çatladı. 1938-ci ildə Münhen Anlaşması ilə Sudet vilayətini almanlara peşkəş edib Çexoslavakiya nümayəndələrini qapı arxasında qoyanlar bu gün özləri qapı arxasında qaldı. Ukraynanın faciəsi həm də ölkənin güclü liderinin olmamasındadır və bu, bizim üçün tanış mənzərədir. Həmin ultra liberal qüvvələr (Nuland və s.), psevdo demokrat düşərgəsindən siyasətçiləri NED, NDİ və s. fondlar vasitəsilə Azərbaycanda rəngli inqilablar təşkil etmək istəyirdilər. Öz təbliğatları ilə Azərbaycan gənclərində Qarabağa bağlılığı unutdurmağa çalışırdılar, LQBT fəalları Azərbaycan ailəsi modelini dağıtmaq istəyirdilər. Lakin bütün çirkin istəkləri elə arzu olaraq qaldı da. Səbəb odur ki, Ukraynadan fərqli Azərbaycanın rəhbərliyində güclü lider var və o, həmin təhdidləri görərək vaxtında lazımi addımlar atdı, iqtidar-xalq birliyini təmin etdi, güclü ordu, müstəqil xarici siyasət və s. ilə təhdidləri neytrallaşdırdı. Azərbaycan heç zaman imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi rəngli inqilablar, siyasi eksperimentlər üçün bir poliqon olsun. 


Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, ABŞ ilə Avropa İttifaqı arasında fikir ayrı-seçkiliyi mövcuddur. Onun sözlərinə görə, ziddiyətlər geniş xarakter alır və Donald Trampın, İlon Maskın, Rubionun siyasi düşüncəsində bu, hiss olunacaq dərəcədədir: 

seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri