Icma.az
close
up
RU
Ukrayna heç bir halda bu rüsvayçı və rəzil plana “hə” deməyəcək Polkovnik

Ukrayna heç bir halda bu rüsvayçı və rəzil plana “hə” deməyəcək Polkovnik

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Ukraynada münaqişəni həll etmək üçün hazırladığı yeni təkliflər Kiyevin bir sıra ərazilərdən və “bəzi növ silahlardan” imtina etməsini nəzərdə tutur. Məlumatda qeyd olunur ki, ABŞ istəyir ki, Kiyev planın əsas müddəalarını qəbul etsin. Təkliflərə həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması da daxildir.

Bəs rəsmi Kiyev bu planı qəbul edə bilərmi? 

Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, ABŞ-nin Ukraynada münaqişəni həll etmək üçün hazırladığı 28 bənddən ibarət müddəalar çox absurd və qəbulolunmazdır.

Onun sözlərinə görə, rəsmi Kiyev bunu heç bir halda qəbul etməyəcək.

"Amerika Prezidenti Donald Trampın Rusiya qarşısında qorxaqcasına bu planı dilə gətirməsi, işğalçıya əraziləri peşkəş etməsi, Ukrayna silahlı qüvvələrinin sayının azaldılması, rus dilinin ikinci dövlət dili elan olunması mümkünsüzdür. Bu, Amerikanın növbəti fiaskosudur. O planı hazırlayanlar görün kimdir: Dövlət katibi Rubio, vitse-prezident Vens, Rusiyanın bir nömrəli adamı Stiven Uidkov, ABŞ prezidentinin kürəkəni Kuşner. Ukrayna tərəfindən hətta yalan dövriyyəyə buraxırlar ki, guya Ukrayna tərəfi də bu məsələyə razılıq verib. Ukrayna tərəfi indi onu təkzib edir".

Müsahibimiz həmin planı rüsvayçılıq adlandırdı:

"Əlbəttə ki, bu plan qəbul edilməzdir və rüsvayçılıqdır. Ukrayna silahlı qüvvələrinin sayının azaldılması gələcəyin söhbətidir. Ona görə ki, hələ Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir və müəyyən məsələləri həll etməlidir. Ukraynaya bu qədər silahlı qüvvələr saxlamağa ehtiyac olmayacaq. Putinin bütün hikkələri və hoqqaları Tramp tərəfindən rəsmi sənədə yazdırılıb və indi Ukraynanı məcbur etmək istəyir ki, bu plan qəbul olunsun".

Üzeyir Cəfərov Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən Türkiyəyə səfər etməsi məsələsinə də toxundu:

"Dünən Zelenskinin Türkiyəyə səfəri də təsadüfi deyildi. O, bu məsələdə qardaş Türkiyənin dəstəyinə arxalanmaq istəyir. Qardaş Türkiyə Krımın Ukraynanın ayrılmaz hissəsi olduğu ilə bağlı dəfələrlə deyib. Dünən Ərdoğanla Zelenski arasında keçirilən görüşdə də bir sıra məsələlər, o cümlədən də bu məsələlər razılaşdırılmışdı. Zelenski nə etdiyini çox gözəl bilir və doğru da edir, çünki Türkiyə də bu mövqedən əl çəkməyəcək.

Faktiki olaraq bu gün hələ bu məsələyə Avropa rəsmilərinin münasibəti açıqlanmayıb. Avropa rəsmilərinin də münasibəti açıqlanandan sonra bütün dünya Trampın nə rəzil gündə olduğunu bir daha görəcək. Tramp hələ ciddiliyinə qayıtmaq istəmir və ciddi ola bilmir. İşğalçı dörd ildir suveren bir ölkənin ərazilərini işğal edir və sən də onun istəyinə uyğun olaraq plan təklif edirsən ki, biz sənə qarant duracağıq, sən buradan imtina elə, ordan imtina elə.

Kiyev artıq bir sıra məsələləri həll edib. Hətta bu gün səhər saatlarında gördüm ki, Almaniya da artıq uzaq mənzilli raketlərin Ukraynaya verilməsi ilə bağlı müsbət qərarını açıqlayıb. Ona görə də Ukrayna heç bir halda bu rüsvayçı və rəzil plana “hə” deməyəcək və bunu heç bir halda qəbul etməyəcək".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri