Ukrayna hərbçiləri bir hücumda Rusiyanın 2 helikopterini məhv etdi...+VİDEO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Voronej vilayətində Ukrayna qüvvələri yerdə texniki xidmətdə olan "Mi-28" hücum vertolyotuna(yaxud helikopter) və "Mi-8" çoxməqsədli vertolyotuna uğurla hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri məlumat verib.
Əməliyyatın 29 apreldə 429-cu "Axilles" briqadası və 43-cü əlahiddə Artilleriya Briqadasının birləşmiş heyətləri tərəfindən UTX-nin xüsusi əməliyyatlar Mərkəzi "A" ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi bildirilir. Obyektiv monitorinq görüntüləri hücum zamanı texniki heyətlərini vertolyotların yaxınlığında olduğunu təsdiqləyib.
"Hədəf koordinatlarını dəqiqləşdirdikdən sonra operatorlar ardıcıl PUA zərbələri endiriblər. Hər iki hədəf vurulub", - deyə hərbçilər qeyd ediblər.
Məhv edilmiş avadanlıq haqqında bilinənlər:
"Mi-28" zirehli texnikaları və personalı məhv etmək üçün hazırlanmış hücum vertolyotudur. Onun təxmini dəyəri təxminən 18 milyon dollardır.
"Mi-8" işğalçılar tərəfindən yük, qoşun daşımaq və atəş dəstəyi göstərmək üçün istifadə edilən çoxməqsədli təyyarədir. Belə bir təyyarənin qiyməti 6 milyon dollardan başlayır.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 29 Aprel 2026 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















