Ukrayna hərbçiləri danışıqlar tələbi ilə Rusiyaya müraciət etdilər: şərtləri odur ki...
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hesab edirlər ki, Rusiya ilə münaqişə dalana dirənib, onlar çıxış yolunu yalnız danışıqlarda görürlər.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşrinin baş redaktorunun müavini Paul Ronzheimer Donbassın cəbhə xəttində ukraynalı hərbçilərlə söhbətindən sonra məlumat yayıb.
“Mənim şəxsi fikrimcə, müharibə dalana dirənib. Biz bu münaqişəyə son qoymalıyıq. Danışıqlar aparmalıyıq, amma ərazimizi vermək istəmirik”, – Paul Ronzheimer ukraynalı döyüşçünün sözlərini sitat gətirib.
Ukrayna ordusunun hərbçiləri onu da qeyd ediblər ki, Rusiya Silahlı Qüvvələri sürətini artırır, hücumu davam etdirmək üçün resursları var, onların sayı Ukrayna Silahlı Qüvvələrindən çoxdur. Rusiya ordusunda daha çox silah və sursatın olduğu diqqətə çatdırılıb.
Bundan əlavə, Ronzheimer cəbhə xəttindəki vəziyyəti "kabus" kimi xarakterizə edib. O, Rusiya Silahlı Qüvvələrinin sürətlə irəliləməsinə, eləcə də ukraynalı döyüşçülərin həm Qərb, həm də onların hökuməti tərəfindən tərk edilmiş hiss etdiklərinə işarə edib.
Akqabay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















